2017-ci ilin iyun ayı ərzidə vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə yaddaş

2017-ci ilin may ayına görəvergi ödəyiciləri tədiyəçisi olduğu

 

  • Əlavə dəyər vergisi bəyannaməsini,
  • Aksiz bəyannaməsini,
  • Yol vergisi bəyannaməsini,
  • Mədən vergisi bəyannaməsini,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini

cari ilin iyun ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş vergi bəyannaməsini cari ilin iyun ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməldirlər (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2017-ci ilin may ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin iyun ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ildə yanvarın 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2-ci rüb üzrə bəyannaməni iyulun 20-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2017-c ilin may ayı üzrə hesabladığı gəlir vergisi cari ilin iyun ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2-ci rüb üzrə bəyannamə iyulun 20-dən gec olmayaraq təqdim edilməlidir).

 

***

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz. Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.