“Azərbaycanda Jurnalist Həmkarlar İttifaqlarının durumu və gələcək inkişaf meylləri” barədə beynəlxalq konfrans keçiriləcək

Jurnalistlərin Həmkarlar İttifaqı   Avropa İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası ilə birgə iyunun 30-da BMM-də  “Azərbaycanda Jurnalist Həmkarlar İttifaqlarının durumu və gələcək inkişaf meylləri ”  adı ilə konfrans keçirəcək. Cənubi Qafqazda Jurnalist Həmkarlar Təşkilatlarının Bacarıqlarının İnkişaf Etdirilməsi- İCTUOSC layihəsi çərçivəsində gerçəkləşəcək tədbirdə “Azərbaycanda sosial dialoq və əmək stadartları: Mövcud durum, problemlər, nailiyyətlər və yeni çağırışlar”, “Əmək standartları və Sosial Dialoq: Kollektiv Sövdələşmələr “ “Azərbaycanda jurnalist təşkilatları: mövcud durum,   birlik   və  həmrəylik problemləri”  mövzularında müzakirələr aparılacaq.   

Tədbirə Avropa İttifaqı, Beynəlxalq Jurnalistlər Federasiyası, İCTUOSC  AZ  layihəsi, AHİK, Azərbaycan Mətbuat Şurası,  eyni zamanda  yerli jurnalist təşkilatları və  digər QHT nümayəndələrinin qatılacağı gözlənilir.