Regiondakı jurnalistlər üçün Data Jurnalistika təlimi və müsabiqə

Data Jurnalistika bir çətir terminidir, daim çoxalmaqda olan alətlər dəstini, metodları və nəql etməyə yanaşmaları əhatə edir. Buraya ənənəvi kompüter dəstəkli hesabat vermə, mənbə kimi istifadə edilən məlumatın əyaniləşdirilməsi və xəbər tətbiqinin ən kəskin sahələri daxildir.  Peşəkar media mənsublarının hadisələri geniş auditoriyaya çatdırmaqda data jurnalistikadan istifadə etmələri artıq reallığa çevrilib. Bəs ənənəvi jurnalistika ilə məşğul olan KİV nümayəndələrinin ehtiyacını nəzərə alaraq,  Data  Jurnalistika ilə bağlı növbəti təlim və müsabiqə proqramını elan edirik.

Təlim mart ayının sonlarında Mingəçevir Media Mərkəzində Avopada təlim keçmiş yerli ekspertlər tərəfindən Azərbaycan dilində  aparılacaq.

Proqramına aşağıdakı mövzular daxildir:  

1.Data jurnalistikası və beynəlxalq media,

2.Bellingcat – Qərbdə data jurnalistika, ondan istifadə və yararlanma imkanları

3.Yerli media və imkan(sızlıq)lar.

4.Data məlumatdan necə fərqlənir? Saxta datanı etibarlı datadan necə fərqləndirməli?

5.Şəkillər, xəritələr və ya qrafiklər üzrə müqayisələr və müzakirə.

6.Onlayn media ilə  məşğul olan jurnalistlər üçün vacib alətlər  (Google Chrome-da istifadə edilən alətlər). Venngage – Online media alətinin üstünlükləri.

7.İnfogram və Medium-da layihələrin təqdimatı   

8.Canva – foto kollaj yaratma imkanı. Üstünlükləri və çatışmazlıqlar. Piktochart – Qrafik təsvirlər yaratma imkanları. Easel.ly – Online qrafik və kontent yaratma aləti

9.Mediumda bloqların yaradılması

10. Data hekayələrini hazırlayarkən insan hüquqları üzrə əsaslı yanaşma

 

İştirakçıların mövzu təklifləri ilə bağlı ümumi müzakirələr aparılacaq və praktik tapşırıqlar yerinə yetiriləcək.Bundan sonra bölgə mediasında çalışanlar müsabiqə üzrə  data jurnlistika ilə bağlı hekayələrini hazırlayıb, öz bloqlarında yerləşdirəcək və linki təşkilatçıara göndərəcəklər.  Üç qalibə pul mükafatı veriləcək:

1-ci yer-150 avro

2-ci yer -125 avro

3-cü yer-100 avro.  

 

Təlimə  kimlər müraciət edə bilər: Azərbaycanın bölgələrində onlayn, çap və yayım media qurumlarında çalışan jurnalistlər.

Data Vizuallaşdırması seminarının tarixi və saatı: 22 mart (yarım gün, saat 14-dən 18-dək), 23-24 mart (tam gün, saat 10-dan 18-dək), 25 mart (yarım gün, saat 10-dan 13-dək)

Məkan: Rəsul Rza küçəsi, 23, Mingəçevirr şəhəri, Mingəçevir Media Mərkəzi.

Seminarda iştirak sayı məhduddur. Qeydiyyatdan keçmək üçün bu qısa  formanı https://docs.google.com/forms/d/1JHh0CxImiQmFCv1Vjzh3DDfzGkjbEWGnFkS_FNAi8Ng/edit 15 mart 2018-ci ilə qədər doldurmalısınız. 3 ildən artıq iş stajı olanlara və ilk müraciət edənlərə üstünlük veriləcək.

 

Data Vizuallaşdırması seminarının təşkilatçıları: Avropa İttifaqı və BMT İnkişaf Proqramının dəstəyi ilə Mingəçevir Valideynlər Assosiasiyası

Seçilən iştirakçıların elektron ünvanlarına ətraflı məlumat göndəriləcək.