“Azərbaycan Jurnalsitləri həmkarlar ittifaqlarında birləşə bilər”

: JUHİ sədri Müşfiq Ələsgərli
JUHİ sədri Müşfiq Ələsgərli

Bunu qəzetimizə müsahibəsində   JUHİ sədri,  “Cənubi Qafqazda Jurnalist Həmkarlar İttifaqlarının Bacarıqlarının Artırılması” layihəsinin  koordinatoru Müşfiq Ələsgərli deyib.  Onun bildirdiyinə görə, Jurnalistlərin Həmkarlar İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə  iyunun sonunda  “Azərbaycanda jurnalistlərin həmkarlar təşkilatlarının durumu və gələcək inkişaf meylləri” mövzusunda  konfrans da  keçirilib”.

-Jurnalistlər bu konfransa nə dərəcədə maraq göstərdilər və konkret hansı məsələləri müzakirə etdiniz?

-Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda əmək standartları, sosial dialoq və tərəfdaşlıq: mövcud vəziyyət  və yeni çağırışlar  devizi ilə   təşkil olunan konfransda  kütləvi informasiya vasitələrinin  rəhbərləri, jurnalistlər və jurnalist  təşkilatlarının təmsilçiləri  olmaqla  ümumilikdə  80 nəfər iştirak etdi.  Tədbirdə Azərbaycan jurnalistlərinin sosial durumu, həmçinin, sosial durumun qorunması və inkişaf etdirilməsi missiyasını daşıyan jurnalistlərin həmkarlar təşkilatlarının durumu, jurnalist təşkilatları arasında həmrəylik məsələsi  müzakirə edildi.   Medianın müxtəlif qütblərinin təmsilçilərini, media sahibkarlarını və  jurnalistləri  bir araya gətirərək  normal diskussuya keçirə bildik. Bu da bizim ən böyük uğurlarımızdan biri oldu.

-Bəs konfransın təşkilinə dəstəyi kim göstərdi?

-Məlumat üçün bildirim  ki, konfrans “Cənubi Qafqazda Jurnalist Həmkarlar İttifaqlarının Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində keçirildi. Layihənin müəllifi Beynəlxalq Jurnalistlər Federasiyası, Azərbaycan üzrə icraçısı Jurnalistlərin Həmkarlar ittifaqı, donoru isə Avropa Komissiyasıdır.

Məqalə Qiyməti