Mingəçevirdə hərbi xidmətə yola salınan gənclərə nə tövsiyə olundu?

: Gənclərin orduya yola salma mərasimində
Gənclərin orduya yola salma mərasimində

Mingəçevirin bir qrup  gənci iyulun 8-də şəhərdəki Heydər Əliyev Mərkəzinin qarşısından  həqiqi hərbi xidmətə  yola salınıb. Qarabağ qazisi Əbülfət Babayev deyir ki, çağırışçıların təntənə ilə hərbiyə göndərilməsi onları ruhlandırır:  “Düşünürəm ki, bu cür təntənə ilə əsgər gedən çağırışçılar Azərbaycan əsgəri adını doğruldacaq, bizim şanlı bayrağımızı Şuşada, Laçında və digər işğal altında olan torpaqlarımızda dalğalandıracaqlar.  Biz qazilər də Ali baş komandamızın əmrini gözləyirik, hər an döyüşə atılmağa hazırıq”.

Əsgər valideyni  Şəfəq Yusifova bütün əsgərlərə xeyir-dua verib, onların sağ-salamat evlərinə dönməsini arzu edib. Şəfəq xanım onu da əlavə edib ki, ali məktəbi bitirən ilk övladının əsgər paltarı geyinməsindən çox məmnundur.

Tədbirdə Mingəçevir şəhər  İcra Hakimiyyəti başçısnın birinci müavini İlham İsmayılov, YAP ŞT-nın sədri  Cavanşir Yusubov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini  şəhər  şöbəsinin rəisi Şahin Xəlilov,  Qarabağ müharibəsi əlilləri və  veteranları, şəhid ailələrinin üzvləri və əsgər valideynləri də gənclərə xeyir-dua verib, vətənin layiqli əsgəri olmağı tövsiyə ediblər.

Ordu sıralarına yola salınan gənclər Azərbaycan bayrağına sədaqət andı içərək, hərbi xidmətə yola  düşüblər. 

Məqalə Qiyməti