Bayram tədbirində dörd bələdiyyə qulluqçusu fəxri fərmanla təltif olunub

: Mingəçevir Bələdiyyəsində bayram şənliyi
Mingəçevir Bələdiyyəsində bayram şənliyi

Mingəçevir Bələdiyyəsində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə bayram şənliyi keçirilib. Tədbir iştirakçılarını təbrik edən bələdiyyə sədri Coşqun Abdullayev başçılıq etdiyi qurumun 2017-ci ili uğurla başa vurduğunu bildirib. Bələdiyyə üzvləri də tədbirə gələnlərə təbriklərini çatdırıblar.

İlin yekunlarına görə vergilərin toplanmasında fəallıq göstərmiş dörd bələdiyyə qulluqçusu fəxri fərmanla təltif olunub.

Şənlik “şirin stol” ətrafında musiqi sədaları ilə davam edib.

Sonda tədbir iştirakçılarına bayram hədiyyəsi paylanıb.

Məqalə Qiyməti