MTK-da bayram şənliyi

: MTK-da bayram şənliyi
MTK-da bayram şənliyi

Mingəçevir Turizm Kollecinin kollektivi “Minqo-Park” İstirahət Mərkəzində təşkil olunan  bayram şənliyində  arxada qalan 2017-ci tədris ilinin yorğunluğundan qurtularaq yeni uğurlara köklənmək üçün əla fürsət  qazanıb. Kollecinin direktoru Əyyub Əyyubov vurğulayıb ki, il ərzində 600-dən artıq məzun ixtisaslı kadr kimi istehsalata yola salınıb, 700  gənc Mingəçevir Turizm Kollecinin tələbəsi adını qazanıb: “50 yüksək səviyyəli mədəni-kütləvi tədbirə, konfransa ev sahibliyi etmişik. İstedadlı tələbələrimiz çoxsaylı müsabiqə, sərgi və idman yarışlarında kollecimizin adını ucalda biliblər”.

Həmkarlar İttifaqı Komitəsinin sədri İbrahim Əyyubov ənənəyə sadiq qalaraq bu dəfə də hər kəsi bayram hədiyyələri ilə sevindirəyini vəd edib. Yeni  ilin rəmzi olan Şaxta baba və Qarqızın şənlikdə iştirakı maraqla qarşılanıb.

Kollec tələbə özfəaliyyət qrupunun istedadlı üzvləri maraqlı  və zəngin bədii proqramla çıxış ediblər. Şənlik həmrəylik rəmzi olan möhtəşəm Yallı rəqsi ilə başa çatıb.

Məqalə Qiyməti