Nurcamal Əsgərovaya “Tərəqqi” medalı təqdim edildi

: YAP Mingəçevir şəhər təşkilatının qərargahında 8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir
YAP Mingəçevir şəhər təşkilatının qərargahında 8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir

Martın 7-də YAP Mingəçevir şəhər təşkilatının qərargahında 8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə tədbir keçirilib. Tədbir öncəsi qadınlara gül dəstəsi təqdim edilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin fəal qadınlarına təbriklərini çatdırıb, elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrin inkişafında Azərbaycan qadınının rolundan danışıb, Prezidentin sərəncamıyla  “Tərəqqi” medalına layiq görülən  “Tələbə” Poliklinikasının baş həkimi, Mingəçevir Bələdiyyəsinin üzvü, YAP Mingəçevir şəhər təşkilatı İdarə Heyətinin üzvü və Qadınlar Şurasının sədri Nurcamal Əsgərovaya  mükafatı təqdim edib.

Məqalə Qiyməti