Mingəçevirdə yol polisləri qadın sürücüləri başqa məqsədlə saxladı

: Polislər qadın sürücüləri təbrik edirlər
Polislər qadın sürücüləri təbrik edirlər

Mingəçevirdə 8 Mart Beynəlxalq qadınlar bayramı münasibəti ilə yol polisləri maraqlı reyd keçirib. Onlar  dayandırdıqları qadın sürücülərə, piyada keçidindən keçən qadınlara gül hədiyyələri verib, onları təbrik ediblər. Bu, bəzi sürücü qadınlarda təəccüblə qarşılanıb. 10 il sürücülüklə məşğul olan Rahilə Hadıyeva bildirir ki, polis ona “saxla” əmri verəndə təəccüblənib: “Axı mən heç bir qayda pozuntusu etməmişdim. Dayananda aydın oldu ki,onlar qadınları 8 mart bayramı münasibəti ilə təbrik edirlər. Bu, çox sevindirici bir haldır. Buna görə başda Ramil Usubov olmaqla bütün polislərə təşəkkürümü bildirirəm. Arzu edərdim ki, onlar bizi həmişə təbrik etmək üçün saxlasınlar”.

“Qadın sürücülərə həm də onu bildirirdik ki, nəinki bayram günlərində hətta adi günlərdə də ehtiyatlı olsunlar”- Qəzetimizin  müxbirinə   acıqlama verən Mingəçevir şəhər polis şöbəsi DYP bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis baş leytenantı Tahir Qarayev belə deyib.

Məqalə Qiyməti