“Mingəçevir işıqları” qəzeti redaksiyasının prezident seçkilərində müşahidə ilə bağlı məlumatı

: Mingəşevirdə prezident seçkisi-11 aprel 2018-ci il
Mingəşevirdə prezident seçkisi-11 aprel 2018-ci il

Bu gün “Mingəçevir işıqları” qəzeti redaksiyasının xəttilə 47 saylı  Mingəçevir və 49 saylı Yevlax-Mingəçevir seçki dairələrinin əksər məntəqələrində səhər saat 08.00-dan başlayaraq müşahidələr aparılıb. Müşahidələr saat 19-dək davam edib, eyni zamanda 10 müşahidəçi səslərin sayılması prosesinə qatılıb.  Bu  müddətdə heç bir məntəqədə müşahidəçilərə qarşı hər hansı insident qeydə alınmayıb. Müşahidəçilərimiz olduqları məntəqələrdə yüksək seçici fəallığının, beynəlxalq və yerli müşahidəçilərə də hər cür şəraitin yaradıldığının şahidi olublar.

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev  xanımı Yeganə Nəbiyeva  ilə birgə 47 saylı Mingəçevir seçki dairəsinin 21 saylı məntəqəsində səs verdikdən sonra burada və həmin dairənin 1, 5, 7, 9, 12, 14, 15, 16, 18, 19, 20,   eyni zamanda 49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin 26, 27, 28 və 30 saylı məntəqələrində qısa fasilələrlə seçkinin gedişini izləyiblər. Bir sıra xırda pozuntular qeydə alınıb, lakin bunlar seçkinin ümumi nəticələrinə təsir etməyib.  İlkin məlumata görə, İlham Heydər  oğlu Əliyev səslərin böyük əksəriyyətini toplamaqla, digər 7 rəqibini dəfələrlə üstələyib. Müşahidəçimizin 47 saylı DSK-nın 17 saylı məntəqəsindən gətirdyi protokolda ərazi üzrə 1061 seçicidən 761-nin seçkiyə qatıldığı və onların səslərinin aşağıdakı şəkildə bölündüyü göstərilib:

1.Əliyev İlham Heydər oğlu-647 səs;

2.Əlizadə Araz Mübariz oğlu-12 səs;

3.Hacıyev Hafiz Ələmdar oğlu- 8 səs;

4.Həsənquliyev Qüdrət Müzəffər oğlu-23 səs;

5.Quliyev Fərəc İbrahim oğlu-7 səs;

6.Məmmədov Sərdar Cəlal oğlu-30 səs;

7.Nurullayev Razi Qulaməli oğlu-5 səs;

8.Oruc Zahid Məhərrəm oğlu-29 səs.

Redaksiya seçkinin yekun nəticələri barədə qeydlərini  yaxın zamanda dərc edəcək.  

Məqalə Qiyməti