Heydər Əliyevin doğum günü Mingəçevirdə bayram ovqatı yaradıb

: Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Mingəçevirdə silsiə tədbirlər keçirilib
Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Mingəçevirdə silsiə tədbirlər keçirilib

Mingəçevirdə mayın 10-da Heydər Əliyevin adını daşıyan mərkəzin qarşısına  minlərlə şəhər sakini   toplaşıb. Onlar ulu öndərin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini yad ediblər. Sahil parkında isə Bilik festivalı və ktab sərgisi düzənlənib. Festivalda xüsusi istedada malik məktəbli gənclər  müxtəlif fənlər, daha çox fizika və kimya sahələri üzrə bacarıqlarını  nümayiş etdiriblər. Şagirdlərin ifasında milli musiqilərimiz səsləndirilib, rəqslərimiz ifa olunub. Tədbirdə 1000-ə yaxın kitab sərgələnib.

***

Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Mingəçevir Turizm Kollecində  dəyrimi masa ətrafı müzakirələr aparılıb, kitab sərgisi, idman turniri, ən yaxşı inşa, rəsm və divar qəzetləri müsabiqələri keçirilib və qaliblər mükafatlandırılıb. Ulu öndərin həyatından bəhs edən videoçarxa baxışdan sonra tədbir iştirakçıları “Əbədiyaşar lider” adlı elmi nəzəri konfransda bir araya gəlib.

Kollecin direktoru Əyyub Əyyubov,  pedaqoqlardan İbrahim Əyyubov və Elşad Səmədov, tələbələrdən  Sevinc Ağayeva və Əsmər Qurbanova ümummilli liderin müstəqil Azərbaycanın dövlət quruculuğu prosesində ortaya qoymuş olduğu misilsiz fədakarlıqdan danışıblar. Konfrans tələbə özfəaliyyət qrupu üzvlərinin çıxışı ilə başa çatıb.

Məqalə Qiyməti