“Sənin hüququn-sənin haqqındır”

: Mingəçevir bələdiyyəsi insan hüquqları aylığı çərçivəsində tədbir
Mingəçevir bələdiyyəsi insan hüquqları aylığı çərçivəsində tədbir

Mingəçevir bələdiyyəsi insan hüquqları aylığı çərçivəsində iyunun 1-də növbəti tədbirini keçirib. Mingəçevir Bələdiyyəsinin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax şöbəsi ilə birgə “Sənin hüququn-sənin haqqındır” adı ilə reallaşdırdığı dəyirmi masada bələdiyyə üzvləri, məhəllə komitələrinin nümayəndələri, və din xadimləri iştirak ediblər.

Bələdiyyə sədri Coşqun Abdullayev Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarından danışıb. Bələdiyyənin “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölməsi üzrə aparıcı məsləhətçisi Əlisa Fərəcov məruzələrlə çıxış ediblər.

Müzakirələrdə “Heydər” məscidinin imamı Ələmdar Qiyasov, “Zəhra” məscidinin imamı Əkbər Əliyev, “Cümə” məscidinin imamı Vüsal Abdullayev, məhəllə komitəsinin sədri Əbülfət Babayev, ictimai fəallardan Müşfiq Nəcəfov, Tacəddin Tağıyev, Əlağa Bəkirli, Məmmədiyyə Bəkirov və başqaları fikir və təkliflərini bildiriblər.

Məqalə Qiyməti