Bakı Şopinq Festivalının tirajlı lotereyasında avtomobilin sahibi məlum oldu

: Bakı Şopinq Festivalında
Bakı Şopinq Festivalında

Paytaxtımızda sayca üçüncü dəfə keçirilən Bakı Şopinq Festivalı çərçivəsində, "Alış-verişiniz sizə hədiyyə qazandırsın!" şüarı ilə mayın 1-dən açıq elan edilən festivalın Onlayn Lotereyasına  yekun vuruldu. Ötən bir ay ərzində festivala qoşulmuş yüzlərlə iştirakçı lotereyanın sponsorları Baku Elektronics-dən, Park Bulvardan, Bravo marketlər şəbəkəsindən, İdeal mağazalar şəbəkəsindən və digər tərəfdaşlardan qiymətli hədiyyələr qazanıblar.

31 may 2018-ci il tarixində hər kəsin gözlədiyi, Bakı Şopinq Festivalının tirajli lotereyası oynanıldı. Park Bulvarda keçirilən tirajda sponsorlar da iştirak ediblər. Ani lotereyada iştirak etmiş və udub-udmamağından asılı olmayaraq, hər kəsin yekun tirajlı lotereyada qazanmaq şansı var idi. Qeyd edək ki, festival müddətində lotereyada 5852 nəfər qeydiyyatdan keçib. Onlar 6550 çeklə ani lotereyada iştirak edərək 5000-dən çox uduş əldə ediblər. Ani lotereyada iştirak edən 6550 çekin hər biri 31 may tarixində keçirilən tirajlı lotereyada iştirak edib.

Lotereya iştirakçıları bu dəfə bir-birindən dəyərli 150 hədiyyə və əsas mükafat olan Nissan Sunny avtomobili gözləyirdi. Belə ki, tirajlı lotereyanın hədiyyələri siyahısında Bravo marketlər şəbəkəsindən 70 ədəd soba, 30 ədəd tozsoran, Baku Elektronics-dən 5 ədəd LG K4 mobil telefonu, 5 ədəd paltaryuyan, 5 ədəd soyuducu, 10 ədəd televizor, 5 ədəd tozsoran, 10 ədəd şirəçəkən, 10 ədəd ətçəkən oynanılırdı. Ən əsası isə ən şanslı qalib Nurgün Motorsdan Nissan Sunny avtomobilinə sahib olacaqdı!

Lotereyanın sponsorları Nurgün Motors, Baku Elektronics, Bravo marketlər şəbəkəsi, Park Bulvar, İdeal və Cinema Plus kinoteatrlar şəbəkəsidir. Lotereyanın juri üzvləri arasında Turizm Assosiasiyasından Nahid Bağırov, Mədəniyyət Nazirliyindən Vüqar Şıxəmmədov, aparıcı Lamiyyə Ələkbərova, müğənni Rüfət Axundov və rəqqasə Fatimə Fətəliyeva yer almışdılar.

Nurgün motorsun təqdim etdiyi və lotereyanın baş mükafatı olan Nissan Sunny avtomobilini 69 659 unikal nömrəli biletin sahibi Sünbül Allahverdiyeva qazandı.

Məqalə Qiyməti