Mingəçevirdə “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” mövzusunda seminar keçirilib

: Mingəçevir Media Mərkəzində “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri”  mövzusunda seminar
Mingəçevir Media Mərkəzində “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” mövzusunda seminar

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  iyunun 22-də  Mingəçevir şəhərində “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri”  mövzusunda seminar  keçirib.  Mingəçevir Media Mərkəzində keçirilən tədbirə Qərb bölgəsində mövcud olan yerli KİV-lərin  nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin  bölgə  üzrə  təmsilçiləri, həmçinin, yerli internet fəalları və QHT-lərin  nümayəndələri qatılıblar.

Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Xəbər istehsalçıları üçün “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” mövzusunda konfrans və seminarların  təşkili” layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,  xəbər istehsalçılarının “kriminal hadisələr barədə xəbər hazırlamağın şərtlərinə” yanaşmaları  problemlidir: “Əksər xəbər istehsalçılarının kriminal mövzuda informasiya hazırlayarkən, ciddi qüsurlara yol verdikləri faktı ortadadır.  Bu qüsurların bir tərəfi süni sensassiya yaratmaq, auditoriya qazanmaq naminə bilərəkdən yol verilmiş xətalardırsa, digər tərəfi də  hüquqi bilgisizliklə, yanlış terminlərin  istifadə edilməsilə bağlıdır”. Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının  qanununda,   ''Televiziya və radio yayımı haqqında'' Azərbaycan Respublikasının qanununda,  “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nda   bu yöndə xəbər hazırlamağın prinsipləri çox aydın şəkildə göstərilsə də, xəbər istehsalı zamanı bu prinsiplərin  ciddi şəkildə pozulması müşahidə edilir. “Xüsusi olaraq, cinayətdə şübhəli bilinən şəxslərin təqsirsizlik prizumpsiyasının pozulması halı çox intensivdir. Həmçinin, monitorinqlərin nəticəsi göstərir ki, kriminal mövzuda xəbər hazırlanması prosesində diqqət çəkən ikinci ciddi məqam,  ictmai maraqların unudulması, kriminal xəbərlər vasitəsilə  vətəndaşlara zərərli mesajlar verilməsidir. Bəzi  internet informasiya  resursları  cinayətkarları sensassiya naminə hətta  “milli qəhrəman”  kimi təqdim edir, gənclərin onlardan  yanlış nümunə götürmələrinə yol açırlar”.  Xəbər istehsalçıları  cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidirlər. Bu baxımdan, keçirdiyimiz seminar KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında kriminal hadisələr  haqqında informasiya yayımının şərtləri  barədə təsəvvür formalaşdırmaqdan ibarətdir”.

Müşfiq Ələsgərli əlavə edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə  “Kriminal hadisələr barədə xəbər hazırlamağınşərtləri” adlı vəsait də çap  edilib və seminar iştirakçılarına pulsuz paylanıb.

Tədbirdə  çıxış edən media eksperti Nəzirə Nurullayeva kriminal hadisələr  haqqında informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər brədə seminar iştirakçılarını məlumatlandırıb.

Məqalə Qiyməti