Təhsil naziri Mingəçevirdə vətəndaşları qəbul edib

: Təhsil naziri Mingəçevirdə vətəndaşları qəbul edib
Təhsil naziri Mingəçevirdə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov  Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Yevlax, Bərdə rayonlarının və Mingəçevir şəhərinin sakinlərini və həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Qəbul əsasən müəllimlərin işə qəbulu, iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, tələbə köçürülməsi və digər məsələlərlə əlaqədar olub. Ağdam rayon sakini Pərvanə Abdullayevanın   dediyinə görə, müqavilə yolu ilə Bərdə rayonunda müəllim işləyir:  “Yaşadığım ərazidən 3 kəndi piyada keçib, dərs dediyim məktəbə gedirəm. Bu mənə çox çətinlik yaradır. İstəyirəm ki, yaşadığım ərazidə  dərslə təmin olunum. Evdə xəstə uşağım var. Uşaqlarım  azyaşlıdır. Aldığım məvacib də ancaq yol xərcimi ödəyir. Dəfələrlə bu problemimlə bağlı aidiyyatı qurumlara müraciət etmişəm. Lakin heç bir nəticəsi olmayıb. Nazir mənim problemimin həll olunacağını bildirdi”.

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək, onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. 

Məqalə Qiyməti