Mingəçevirdə asayış keşikçilərinin 100 illik yubleyi qeyd edilib

: Azərbaycan polisinin 100 illik  yubileyi Mingəçevirdə
Azərbaycan polisinin 100 illik yubileyi Mingəçevirdə

Ölkəmizdə sabitliyin, əmin-amanlığın yaradılmasında böyük fədakarlıq göstərən, hər zaman xalqın və dövlətin müdafiəsi üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə  etimad qazanan Azərbaycan polisinin 100 illik  yubileyi Mingəçevirdə də qeyd edilib.

 Asayiş keşikçiləri əvvəlcə ulu öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Cavid Muradov deyib ki, düz 100 il qabaq Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sərəncamı ilə müstəqil Azərbaycan polisi yaradılıb: “Bu illərdə Azərbaycan polisi hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin, sabitliyin və əmin-amanlığın qorunması kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib”.

Daxili İşlər naziri Ramil Usubovun polisin peşə bayramı münasibəti ilə təbriklərini və xoş arzularını çatdırıb C.Muradov xüsusilə vurğulayıb ki,  ölkəmizdə 2 iyulun Azərbaycan Polisi Günü kimi qeyd olunması Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu öndər 24 may 1998-ci ildə bu barədə  fərman imzalayıb”.

Daha sonra Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov, şəhər prokuroru Azad Qarayev, polis əməkdaşları və veteranları  mərasimdə çıxış ediblər. Onlar qeyd ediblər ki, dövlətçiliyimizə sədaqətlə xidmət edən Azərbaycan polisi bu gün də qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir.

Polis veteranları  gənc polislərə məsləhətlərini veriblər. Xidmətdə daha çox fərqlənən  5 nəfərə  Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından fəxri fərmanlar təqdim  olunub. Şəhər polis şöbəsi isə 31 polis əməkdaşına pul mükafatı, 2 nəfərə isə üstün rütbə verib. 2 polisin cəzası isə vaxtından əvvəl götürülüb.

Məqalə Qiyməti