Əyyub Əyyubov “Mətbuatın Dostu “ və “İlin Ən Yaxşı Təhsil Adamı” oldu

: Fərqli  peşə sahələrində çalışan insanların müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi
Fərqli peşə sahələrində çalışan insanların müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi

Bakı PRESS Milli İnformasiya Agentliyinin təşəbbüsü və təşkilatçılığı,  “Zümrüd-M” prodakşının dəstəyi ilə Bakının “Yeganə”  şadlıq sarayında  fərqli  peşə sahələrində çalışan insanların müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib.. Milli mətbuatımızın çətin və şərəfli tarixindən və bu gününüdən söz açan agentliyin  rəhbəri  Şəfəq Ağacan həyata keçirdikləri  “Seçilən” nominasiyasının  nəticələrini açıqlayıb.

Qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunub. “Mətbuatın Dostu” və “İlin Ən Yaxşı Təhsil Adamı”  nominasiyalarının qalibi Mingəçevir Turizm kollecinin direktoru professor Əyyub Əyyubov olub.

Mətbuat Günü münasibəti ilə ölkə jurnalistlərini təbrik edən Ə.Əyyubov  şərəfli və çətin peşə sahibləri olan Azərbaycan jurnalistlərinə bundan sonra da cəsarətli, qətiyyətli və obyektiv olmağı arzulayıb.

Tədbirə qatılan aprel döyüşü iştirakçıları, Hindistan və İndoneziyanın  Azərbacandakı diplomatik korpusunun təmsilçiləri, alimlər, jurnalistlər, qabaqcıl təhsil işçiləri və digər rəsmi qonaqlar iştirakçılarla bayranlaşma fürsəti əldə ediblər.

Məqalə Qiyməti