Mingəçevirdə beynəlxalq həndbol yarışı keçiriləcək

: Avropa Həndbol Federasiyası
Avropa Həndbol Federasiyası

Klassik və çimərlik həndbolu üzrə qadınların yarışında Azərbaycan çempionluğunu qazanan Mingəçevirin “Nur” komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku yarışının ilk mərhələsində İsveçin “Löqi” komandası ilə qarşılaşacaq. Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, son ölkə çempionunun oyunlarını ukraynalı referilər briqadası idarə edəcək. Mingəçevirdə keçiriləcək hər iki matçda ədalət təmsilçiləri Yelena Kaverina və Marina Dupli, EHF nümayəndəsi isə rumıniyalı Kristian Belu olacaq.

Xatırladaq ki, ilk oyun sentyabrın 16-da, cavab qarşılaşması isə bir gün sonra keçiriləcək. Görüşlər yerli vaxtla saat 17:00-da başlayacaq.

Məqalə Qiyməti