Mingəçevirdə 2012-2013-cü il təvəllüdlü uşaqlar arasında “Şən Startlar” idman yarışı start götürüb

: 4-5 yaşlı uşaqlar arasında “Şən Startlar” idman yarışı
4-5 yaşlı uşaqlar arasında “Şən Startlar” idman yarışı

Mingəçevir şəhər Gənclər və İdman İdarəsi noyabrın 10-dan 17-dək  məktəbəqədər müəssisələrdə 4-5 yaşlı uşaqlar arasında “Şən Startlar” idman yarışı keçirir. Məqsəd uşaqlarda idmana marağın artırılması, fiziki güc və bacarığın nümayiş etdirilməsi, uşaqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və istedadlı uşaqların aşkar olunmasıdır. 1, 10, 16 və 17 saylı uşaq bağçalarında baş tutacaq qrup mərhələsindən sonra yarışın yarımfinal və final mərhələləri 16-17 noyabr 2017-ci ildə keçiriləcək. 

Məqalə Qiyməti