50 il fəaliyyət göstərən və saysız-hesabsız uğurlara imza atan məktəb niyə şahmat məktəbinə birləşdirildi?

: Mingəçevir şəhər Avarçəkmə üzrə Uşaq Gənclər İdman məktəbi
Mingəçevir şəhər Avarçəkmə üzrə Uşaq Gənclər İdman məktəbi

2017-ci ilə kimi 50 illik fəaliyyət göstərmiş Mingəçevir şəhər Avarçəkmə üzrə Uşaq Gənclər İdman məktəbinin fəaliyyəti sona yetdı.

Mingəçevir şəhər Təhsil Şöbəsinin nəzdindəki,Avarçəkmə üzrə Uşaq Gənclər İdman məktəbimizin 2017-ci ildə, 50 yaşı tamam oldu. Bu idman məktəbi Azərbaycanda yeganə və xüsusi idman məktəbi sayılırdı. Keçmişdə belə məktəblərin sayı 5 idi. Lakin təssüflər olsun ki, onlar nədənsə, kiminsə günahı ucbatından ləğv olunmuşdu.

Bu məktəb indiyənədək yüzlərlə idman ustaları yetrişdirmişdi. Hər bir mingəçevirli üçün bu idman məkanı cox əziz və doğma yer sayılır.

Biz idmaçılar təhsildə hər hansı bir yenidənqurma və islahatın  əleyhinə deyilik. Bu işdə yaxşı olardı ki, mütəxəssislərin rəylərini, fikirlərini öyrənəydilər, onlarla məsləhləşəydilər.

Sual olunur: Xüsusi idman növü olan avarçəkməni şahmat idmanı ilə birləşdirmək nə qədər düzgün sayılır? Məşq bazamız Mingəçevir şəhərində, Kür çayının sahilində, cox gözəl bir məkanda yerləşir. Şəhərimizin orta məktəblərinin 150-dən cox yeniyetmə və gənç idmançı-şagirdləri buranı öz doğma evləri hesab edirlər. Bura böyük həvəslə məşq etməyə gəlirlər. Başlıca məqsədimiz yeniyetmə və gəncləri bu idman növlərinə cəlb etmək, onlar arasında sağlam həyat tərzini yaxşılaşdırmaqla zərərli vərdişlərdən qorumaqdır. Ən başlıca məqsədimiz isə Azərbaycanın şərəfini layiqincə qoruyacaq  yüksək dərəcəli idmançıların hazırlanmasıdır.

 UGİM-nin idmançıları son iki ildə 200-dən cox Beynəlxalq yarışlardan medallar gətiriblər. Bu idman növlərində idmançılarımız Rio yay olimpiya oyunlarında yaxşı çıxış edərək,  2 medala (gümüş və bürünc)  layiq görülüblər. Əlbəttə, uğurların qazanılmasında Azərbaycan Milli Avarçəkmə Federasiyanın əməyi böyükdür.

Bu idman növlərindən ilk Avropa Oyunları da məhz Mingəçevir şəhərində, Kür Olimpiya Tədris İdman Mərkəzində keçirilmişdi. İdman məktəbimiz hər il ənənəvi olaraq müxtəlif mötəbər yarışlar keçirirdi. Bunlardan biri də Ümummilli lider,ulu öndər Heydər Əliyevin doğum gününə həsr edilmiş Mingəçevir Bələdiyyəsinin mükafatı uğrunda turnir idi. Maddi texniki cəhətdən baza o qədərdə ürək açmasa da, son illər ərzində məşqçi-müəllimlərimizin əməyi sahəsində burada cox işlər görülmüşdü və davam edirdi.

Hamımız yaxşı işlərdən nümunə götürməliyik. Bütün dünyada  bu idmana xususi diqqət və qayğı göstərilir. Çünki yeganə idman növüdür ki, bir idmanda iki idman növü ilə məşğul olmaq imkanı yaranır.

Burda böyüməkdə olan gənc nəsil sağlam, gümrah, uca boylu, qamətli böyüyür.Sağlamlıq üçün üç başlıca təbii amil – hava, su və günəş burada vəhdət təşkil edir. Bu isə yeniyetmə və gənclərimizin sağlam böyüməsinə geniş imkanlar verir.

Bütün idman ictimaiyyəti və veteranlar adından cox xahiş edirik ki, bu məsələyə Təhsil Nazirliyi tərəfindən bir daha yenidən baxılsın.

Məqalə Qiyməti