Mingəçevir Şəhər Statistika İdarəsi İSO 9001:2015 Beynəlxalq sertifikatına layiq görülüb

: Mingəçevir Şəhər Statistika İdarəsinin rəisi Etibar Kərimova beynəlxalq sertifikat təqdim olunarkən
Mingəçevir Şəhər Statistika İdarəsinin rəisi Etibar Kərimova beynəlxalq sertifikat təqdim olunarkən

 Bu barədə İdarədən "Mingəçevir işıqları" qəzetinə xəbər verilib

 

Məlumatda bildirilir ki,  sertifikatlaşdırma sahəsində dünya liderlərindən olan İsveçrənin “SGS” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi tərəfindən Dövlət Statistika Komitəsində 2016-cı ilin noyabr ayında ilkin, 2017-ci ilin mart ayında yekun audit həyata keçirilib. Auditorlar qrupu tərəfindən rəsmi statistika məlumatlarının istehsalı və yayılması proseslərinin idarə edilməsi ilə əlaqədar qəbul edilən sənədlərin statistika orqanlarında tətbiqi və icrası ilə bağlı görülən işlərin İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi standartının tələblərinə uyğunluğu yoxlanılıb. Audit yoxlaması Dövlət Statistika Komitəsi aparatının şöbələrində və keyfiyyətin idarə edilməsi sisteminin tətbiq edildiyi 13 yerli statistika orqanında (Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran şəhər, Bərdə, Ağdam, Ağstafa, Balakən, Qax, Saatlı, Samux və Zaqatala rayon statistika idarələri) həyata keçirilib.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, “SGS” şirkətinin Azərbaycandakı yerli nümayəndəliyinin Sertifikatlaşdırma və Akkreditasiya üzrə meneceri Nigar Mahmudova və auditoru Asif Əmirsultanov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində İSO 9001:2015 Keyfiyyəti  İdarəetmə Sisteminin tətbiqi və sertifikatlaşdırma haqqında məlumat veriblər. Bildirilib ki, Dövlət Statistika Komitəsində həyata keçirilən fəaliyyətlər bu sahədə qəbul edilmiş standartlara tam uyğundur və aparılmış auditin nəticələrinə görə Dövlət Statistika Komitəsi “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminə dair beynəlxalq uyğunluq sertifikatına layiq görülüb. Xüsusilə vurğulanıb ki, Dövlət Statistika Komitəsi Azərbaycanda İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminin beynəlxalq uyğunluq sertifikatınına layiq görülən ilk mərkəzi icra hakimiyyəti orqanı olmaqla yanaşı, MDB məkanında da ilk statistika qurumu olaraq bu sertifikatı əldə edib.

Sonra İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatları Dövlət Statistika Komitəsinin rəhbərliyinə, şəhər və rayon statistika idarələrinin rəislərinə təqdim olunub.

Məqalə Qiyməti