6 ayda dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların elektrik və istilik enerjisi, təbii qaz, su və rabitə xidmətlərindən istifadəsi

: Məsrəflərin  strukturu
Məsrəflərin strukturu

Azərbaycan Respublikası regionlarının iqtisadi inkişafının təmin edilməsinə yönəldilmiş Dövlət Proqramının ölkəmizin həyatında müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edərək, “Aran iqtisadi rayonu”na daхil olan Mingəçevir şəhəri iri sənaye mərkəzlərindən biridir. Buna baхmayaraq şəhərdə respublika büdcəsindən və yerli büdcədən maliyyələşdirilən bir çoх idarə və təşkilatlar da mövcuddur.

2017-ci ilin yanvar-iyun ayları ərzində şəhərdə büdcədən maliyyələşdirilən istehlakçılar tərəfindən natura ifadəsində 3184,8 min kVt.saat elektrik enerjisi, 901,8 Q.kalori istilik enerjisi, 375,9 min kub m. təbii qaz, 110,5 min kub m. sudan istifadə edilmişdir ki, bu da 2016-cı ilin yanvar-iyun ayı ilə müqayisədə natura ifadəsində istifadə edilən elektrik enerjisinin 17,2 faiz, təbii qazın 4,7 faiz, suyun istehlakının 8,0 faiz azalması, istilik enerjisinin 2,0 faiz artması deməkdir. İstehlak edilən 28,2 min manatlıq rabitə xidmətləri əvvəlki illin eyni dövrü ilə müqayisədə 0,4 min manat və ya 1,4 faiz artmışdır.

Cəmi məsrəflərin ümumi məbləğinin 54,8 faizini elektrik enerjisi, 4,3 faizini istilik enerjisi, 14,4 faizini təbii qaz, 21,1 faizini su və 5,4 faizini rabitə хidmətləri təşkil etmişdir.

2017-ci ilin yanvar-iyun ayları ərzində şəhərin büdcə təşkilatları tərəfindən istehlak edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə 21,0 faiz və ya 90,6 min manat artaraq 523,0 min manat təşkil etmişdir.

Büdcə təşkilatları 2017-ci ilin yanvar-iyun ayları ərzində istifadə etdikləri bütün ehtiyatların dəyərinin 98,7 faizini və ya 516,2 min manatını ödəmişlər. 

 

Cəmi istehlak edilmişdir, naturada

2017-ci ilin

yanvar-iyun aylarının 2016-cı il yanvar-iyun aylarına nisbətən, %-lə

2017-ci ilin yanvar-iyun ayları ərzində

2016-cı ilin yanvar-iyun ayları ərzində

Elektrik enerjisi, min kVt.saat

3184,8

3845,0

82,8

İstilik enerjisi, Q.kal.

901,8

884,2

102,0

Təbii qaz, min kub metr

375,9

394,5

95,3

Suyun istehlakı, min kub metr

110,5

120,1

92,0

 Elektrik enerjisinin 32,0 faizi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, 2,6 faizi İcra Hakimiyyəti və icra nümayəndəliklərinin, 40,9 faizi Təhsil Nazirliyinin, 17,7 faizi Səhiyyə Nazirliyinin, 0,1 faizi Dövlət Statistika Komitəsinin, 0,1 faizi Maliyyə Nazirliyinin, 0,6 faizi Fövqəladə Hallar Nazirliyinin, 0,6 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, 0,2 faizi Gənclər və İdman Nazirliyinin, 4,8 faizi Mədəniyyət və Turizm Nazirliyinin, 0,1 faizi Kənd Təsərrüfatı Nazirliyinin, 0,2 faizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, 0,1 faiz Milli Arxiv idarəsinin tabeliyində olan təşkilatlar tərəfindən istifadə edilmişdir.

İstilik enerjisinin 89,2 faizi Təhsil Nazirliyinin, 10,8 faizi Səhiyyə Nazirliyinin tabeliyində olan təşkilatlar tərəfindən istifadə edilmişdir.

Mavi yanacağın 55,4 faizi Təhsil Nazirliyinin, 40,4 faizi Səhiyyə Nazirliyinin, 0,4 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, 0,9 faizi Dövlət Statistika Komitəsinin, 1,0 faizi Maliyyə Nazirliyinin, 1,7 faizi Fövqəladə Hallar Nazirliyinin, 0,2 faizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan təşkilatlar tərəfindən istifadə edilmişdir.

Sudan Təhsil Nazirliyinin 55,6 faiz, Səhiyyə Nazirliyinin 34,3 faiz, İcra Hakimiyyəti və icra nümayəndəliklərinin 0,4 faiz, Fövqəladə Hallar Nazirliyinin 0,7 faiz, Mədəniyyət və Turizm Nazirliyinin 7,1 faiz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1,0 faiz, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təşkilatlar 0,4 faiz istifadə etmişlər.

Rabitə xidmətlərindən 1,3 faiz Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, 30,2 faiz Təhsil Nazirliyinin, 15,5 faiz Səhiyyə Nazirliyinin, 17,7 faiz İcra Hakimiyyəti və icra nümayəndəliklərinin, 1,7 faiz Dövlət Statistika Komitəsinin, 1,5 faiz Maliyyə Nazirliyinin, 2,1 faiz Fövqəladə Hallar Nazirliyinin, 9,8 faiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, 3,7 faiz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, 2,0 faiz Gənclər və İdman Nazirliyinin, 12,8 faiz Mədəniyyət və Turizm Nazirliyinin, 0,7 faiz Kənd Təsərrüfatı Nazirliyinin, 1,0 faiz Milli Arxiv idarəsinin tabeliyində olan təşkilatlar istifadə etmişlər.

Aşağıdakı diaqramdan göründüyü kimi, 2017-ci ilin yanvar-iyun aylarında istehlak edilmiş elektrik enerjisinin 99,3 faizi, istilik enerjisinin 91,2 faizi, təbii qazın 98,7 faizi, suyun 98,6 faizi və rabitə xidmətlərinin dəyərinin 99,3 faizi ödənilmişdir.

Şəhərin büdcə təşkilatlarından, Təhsil Nazirliyinin 99,9 faiz, Səhiyyə Nazirliyinin 95,8 faiz, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 99,7 faiz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 97,9 faiz, Dövlət Statistika Komitəsinin 98,6 faiz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 92,8 faiz, Maliyyə Nazirliyinin 71,0 faiz, Milli Arxiv idarəsinin 99,5 faiz, Fövqəladə Hallar Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, İcra Hakimiyyəti və icra nümayəndəliklərinin, Mədəniyyət və Turizm Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təşkilatlar istehlak olunmuş ehtiyatların dəyərini tam ödəmişlər. 

Limitə görə istehlak isə aşağıdakı cədvəldəki kimi xarakterizə edilmişdir. 

 

2017-ci ilin yanvar-iyun ayları, min manatla

Limitə nisbətən

faktiki dəyər ifadəsi,

%-lə

Limit

Dəyər ifadəsi

Elektrik enerjisi

295,0

286,6

97,1

İstilik enerjisi

30,9

22,6

73,1

Təbii qaz

65,2

75,2

115,3

Suyun istehlakı

115,5

110,4

95,6

Rabitə xidməti

39,7

28,2

71,0

 Cədvəldən göründüyü kimi 2017-ci ilin yanvar-iyun ayları ərzində 8,4 min manat və ya 2,9 faiz elektrik enerjisindən, 8,3 min manat və ya 26,9 faiz istilik enerjisindən, 5,1 min manat və ya 4,4 faiz sudan, 11,5 min manat və ya 29,0 faiz rabitə xidmətlərindən müəyyən edilmiş limitdən az, 10,0 min manat və ya 15,3 faiz təbii qazdan çox istifadə olunmuşdur.

Məqalə Qiyməti