2017-ci il iyul ayının 1-nə Mingəçevirin demoqrafik vəziyyəti

: Mingəçevirin demoqrafik vəziyyəti
Mingəçevirin demoqrafik vəziyyəti

2017-ci il iyul ayının 1-i vəziyyətinə Mingəçevir şəhərinin daimi əhalisinin sayı (məcburi köçkünlər istisna olmaqla) 103,7 min nəfər olmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında əhalinin ümumi artımı 483 nəfər olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 253 nəfər və ya 2,1dəfə çoxdur.

Cari ilin 1 iyul vəziyyətinə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sayı 20,4 min nəfər olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 21 nəfər və ya 0,1 faiz az deməkdir.

2017-ci ilin yanvar-iyun aylarında şəhərdə 646 uşaq diri doğulmuşdur ki, bu da əhalinin hər 1000 nəfərinə düşən ümumi əmsalın 12,6 olması deməkdir. Hesabat dövründə şəhərdə 294 ölüm halı qeydə alınmışdır ki, bu da əhalinin hər 1000 nəfərinə düşən ümumi əmsalın 5,7 olması deməkdir. Keçən ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin müvafiq dövründə diri doğulanların sayı 23,0 faiz və ya 121 nəfər çoxalmış, ölənlərin sayı isə 8,7 faiz və ya 28 nəfər azalmışdır. 

 

2017-ci ilin yanvar-iyun ayları ərzində

2016-cı ilin yanvar-iyun ayları ərzində

artma (+), azalma (-)

%-lə

Doğulanlar

(ölü doğulanlardan başqa)

646

525

121

123,0

Ölənlər

294

322

-28

91,3

  o cümlədən: 1 yaşa qədər uşaqlar

4

4

0

100,0

Əhalinin təbii artımı

352

203

149

173,4

 2017-ci ilin yanvar-iyun aylarında şəhərdə 312 nikah və 118 boşanma halı qeydə alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayının 35,1 faiz və ya 81 nikahın, boşanmaların sayının isə 25,5 faiz və ya 24 boşanmanın artması deməkdir. 2017-ci ilin yanvar-iyun aylarında əhalinin hər 1000 nəfərinə düşən ümumi əmsal müvafiq olaraq nikah üzrə 6,1, boşanma üzrə isə 2,3 olmuşdur.

 

2017-ci ilin yanvar-iyun ayları ərzində

2016-cı ilin yanvar- iyun ayları ərzində

artma (+), azalma (-)

%-lə

Nikahlar

312

231

81

135,1

Boşanmalar

118

94

24

125,5

 2017-ci ilin yanvar-iyun aylarında şəhərə 234 nəfər gəlmiş, 103 nəfər isə şəhərdən getmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə gələnlərin sayı 52,9 faiz və ya 81 nəfər artmış, gedənlərin sayı isə 18,3 faiz və ya 23 nəfər azalmışdır.

 

Məqalə Qiyməti