Mingəçevirdə 2017-ci ilin yanvar-iyun aylarında sənayenin əsas göstəriciləri

: Sənaye istehsalının sahə quruluşu, yekuna nisbətən faizlə
Sənaye istehsalının sahə quruluşu, yekuna nisbətən faizlə

2017-ci ilin yanvar-iyun aylarında şəhərdə təşkilati hüquqi formasından asılı olmayaraq sənaye müəssisələri tərəfindən istehsal olunmuş məhsulların (natural ifadəsində) həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən fiziki həcm indeksi tətbiq edildikdən sonra artım tempi 133,7 faiz təşkil etmişdir. 2017-ci ilin yanvar-iyun aylarında kiçik sahibkarlıq subyektləri də nəzərə alınmaqla şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən fəaliyyətdə olan topdansatış qiymətlərində 156449,5 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2017-ci ilin yanvar-iyun aylarında dövlət sektorunda istehsalın həcmi sənaye məhsulunun 97,0 faizini, qeyri-dövlət sektorunda isə istehsalın həcmi sənaye məhsulunun 3,0 faizini təşkil etmişdir. Ümumi sənaye istehsalının 96,9 faizi malların (əmtəələrin) istehsalı, 3,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. 2017-ci ilin yanvar-iyun aylarında şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən istehsal edilmiş sənaye məhsulun həcmi respublika üzrə istehsal edilmiş sənaye məhsulun həcminin 0,8 faizini təşkil edir.

Hesabat dövründə istehsal edilmiş sənaye məhsulunun 95,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 2,9 faizi emal bölməsinin, 1,3 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin, 0,1 faizi mədənçıxarma bölməsinin payına düşür.

İstehlakçılara əvvəlki illərin hazır məhsul ehtiyatlarının qalıqları da daxil olmaqla 169913,6 min manatlıq məhsul göndərilmiş, müəssisələrin anbarlarında 1201,9 min manatlıq hazır məhsul ehtiyatı qalmışdır ki, bu da 2017-ci ilin yanvar ayının 1-i vəziyyəti ilə müqayisədə 8,7 faiz və ya 114,0 min manat azdır. İstehlakçılara göndərilmiş sənaye məhsulunun 2116,7 min manatını və ya 1,2 faizini ixrac olunmuş mallar təşkil etmişdır.

Şəhər  sənayesinin strukturunda elektrik enerjisinin istehsalı aparıcı rol oynayır. 2017-ci ilin yanvar-iyun aylarında istehsalın həcmi sənayenin ümumi məhsulunun 95,7 faizini təşkil etmiş elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 149673,5 min manatlıq məhsul istehsal olunmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında ölkədə istehsal olunan elektrik enerjisinin (əmtəəlik) 36,1 faizi və ya 3873,5 milyon kvt.saatı Mingəçevirdə fəaliyyət göstərən müəssisələr tərəfindən hasil edilmişdir ki, bunun da 91,6 faizi istilik elektrik stansiyasının, 8,4 faizi su elektrik stansiyasının payına düşür. Şəhər üzrə istehsal olunmuş elektrik enerjisinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,3 faiz və ya 1009,9 milyon kvt. saat çox olmuşdur.

Əvvəlki ilin müvafiq müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 35,0 faizlik, emal bölməsində 2,1 dəfə, mədənçıxarma bölməsində 23,1 faizlik artım, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 17,1 faizlik geriləmə  müşahidə olunmuşdur.

2017-ci ilin yanvar-iyun aylarında istehsalın həcmi sənayenin ümumi məhsulunun 2,9 faizini təşkil etmiş emal sənayesi müəssisələri tərəfindən 4502,7 min manatlıq məhsul istehsal olunmuşdur. Emal bölməsində qida məhsullarının istehsalında, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında, poliqrafiya məhsullarının istehsalında, rezin və plastik kütlə məmulatlarının istehsalında, tikinti materiallarının istehsalında, elektrik avadanlıqlarının istehsalında, maşın və avadanlıqların istehsalında artım müşahidə edilmişdir. Bundan başqa geyim istehsalında, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalında, kompyuter, elektron və optik məhsulların istehsalında, mebellərin istehsalında isə azalma  müşahidə edilmişdir.

İqtisadi fəaliyyət növlərinin təsnifatına görə sənaye müəssisələrinin işi cədvəldəki göstəricilərlə xarakterizə olunur.

                                                                                                                             min manatla 

Fəaliyyət növlərinin adı

2017-ci ilin yanvar-iyun aylarında istehsal

edilmişdir (fəaliyyətdə olan qiymətlərdə)

Əvvəlki ilin müvafiq dövrünə nisbətən,

%-lə

Şəhər üzrə cəmi:

156449,5

133,7

o cümlədən:

 

 

dövlət sektoru

151789,2

174,2

qeyri dövlət sektoru

4660,3

2,1 dəfə

ondan: fiziki şəxslər

545,9

143,6

Fəaliyyət növləri üzrə:

Mədənçıxarma sənayesi

161,2

123,1

Emal sənayesi

4502,7

121,6

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

149673,5

135,0

Su təchizatı,  tullantıların təmizlənməsi və emalı

2112,1

82,9

 Emal sənayesində maşın və avadanlıqların istehsalının xüsusi çəkisi 43,3 faiz, qida məhsullarının istehsalının xüsusi çəkisi 16,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalının xüsusi çəkisi 11,3 faiz, elektrik avadanlıqlarının istehsalının xüsusi çəkisi 9,1 faiz, tikinti materiallarının istehsalının xüsusi çəkisi 9,0 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalının xüsusi çəkisi 4,8 faiz, kompyuter, elektron və optik məhsulların istehsalının xüsusi çəkisi 2,0 faiz,  geyim istehsalının xüsusi çəkisi 2,0 faiz, , poliqrafiya məhsullarının istehsalının xüsusi çəkisi 1,0 faiz, sair məhsulların istehsalının xüsusi çəkisi 1,0 faiz təşkil etmişdir.

2017-ci ilin yanvar-iyun aylarında cəmi istehsal edilmiş məhsulun 99,2 faizi iri və orta sənaye müəssisələrinin, 0,8 faizi isə kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrinin payına düşür. 2017-ci ilin yanvar-iyun aylarında iri və orta sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 155180,8 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 75,3 faiz və ya 66651,4 min manat çoxdur. 2017-ci ilin yanvar-iyun aylarında iri və orta sənaye müəssisələri üzrə istehsalın həcmi dövlət sektorunda sənaye məhsulunun 97,7 faizini, qeyri-dövlət sektorunda isə sənaye məhsulunun 2,3 faizini təşkil etmişdir. 2017-ci ilin yanvar-iyun aylarında kiçik sahibkarlıq subyektləri tərəfindən istehsal edilmiş məhsulun həcmi 1268,7 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 42,9 faiz və ya 381,1 min manat çoxdur. 2017-ci ilin yanvar-iyun aylarında kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrində istehsalın həcmi dövlət sektorunda sənaye məhsulunun 12,4 faizini, qeyri-dövlət sektorunda isə sənaye məhsulunun 87,6 faizini təşkil etmişdir.

2017-ci ilin yanvar-iyun aylarında sənaye müəssisələrində çalışan işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqaisədə 0,7 faiz və ya 22 nəfər artaraq 3076 nəfər olmuşdur. Ən çox işçi elektrik enerjisi, qaz  və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində (1893 nəfər) mövcud olmuşdur ki, bu da sənayedə çalışan cəmi işçilərin 61,5 faizini təşkil etmişdir. Emal sənayesində 407 nəfər və ya cəmi işçilərin 13,2 faizi məşğuldur. 2017-ci ilin yanvar-iyun aylarında qida məhsullarının istehsalı, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı, rezin və plastik kütlə məmulatlarının istehsalı, tikinti materiallarının istehsalı, kompyuter, elektron və optik məhsulların istehsalı, elektrik avadanlıqlarının istehsalı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində işləyənlərin sayının artması müşahidə olunmuşdur. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, mədənçıxarma sənayesi sahələrində isə işləyənlərin sayının azalması müşahidə olunmuşdur. 2017-ci ilin yanvar-iyun aylarında sənayedə çalışan cəmi işçilərin 94,5 faizi iri və orta sənaye müəssisələrində, 5,5 faizi kiçik sahibkarlıq subyektlərində məşğul olmuşdur. Hesabat dövründə sənaye müəssisələrində 271 nəfər, o cümlədən əlavə açılmış iş yerlərinə 28 nəfər işə qəbul edilmiş və 286 nəfər işdən çıxmışdır. 2017-ci ilin yanvar-iyun aylarında açılan yeni iş yerlərindən 3-ü dövlət sekorunda, 25-i isə qeyri-dövlət sektorunda olan müəssisələrdə istifadəyə verilmişdir.

2017-ci ilin yanvar-iyun aylarında dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 335,8 manat, qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı isə 243,4 manat olmuşdur. 

Hazırda dövlət tərəfindən sahibkarlığın inkişafına diqqətin artırılması, sahibkarların hüquqlarının qorunması, istehsalda inhisarçılığın aradan qaldırılması ilə bağlı mühüm addımlar atılır.

Azərbaycan Respublikasının Prezidenti 26 fevral 2015-ci il tarixində ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Mingəçevir Sənaye Parkının yaradılması barədə sərəncam imzalamışdır. 2016-cı ilin sentyabr ayında təməli qoyulmuş Sənaye Parkında bu gün tikinti işlər sürətlə davam etdirilir. 

Məqalə Qiyməti