2017-ci ilin birinci yarısında Mingəçevir şəhərində tikinti sektorunun əsas göstəriciləri

: 2017-ci ilin I yarısında əhalinin şəxsi vəsaiti hesabına tikilib istifadəyə verilmiş fərdi yaşayış evlərinin göstəricilərinin əvvəlki illərin müvafiq dövrü ilə müqayisəsi
2017-ci ilin I yarısında əhalinin şəxsi vəsaiti hesabına tikilib istifadəyə verilmiş fərdi yaşayış evlərinin göstəricilərinin əvvəlki illərin müvafiq dövrü ilə müqayisəsi

2017-ci ilin I yarısında şəhərdə 89 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 ev və ya 15,6 faiz çoxdur. 2017-ci ilin I yarısında istifadəyə verilmiş fərdi evlərin ümumi sahəsi 11265,5 kv.metr, yaşayış sahəsi isə 5724,1 kv.metrdir. 2016-cı ilin I yarımili ilə müqayisədə müvafiq olaraq fərdi evlərin ümumi sahəsi 11,4 faiz və ya 1148,5 kv.metr, yaşayış sahəsi isə 15,9 faiz və ya 785,1 kv.metr çoxdur. 2017-ci ilin I yarısında istifadəyə verilmiş fərdi yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin dəyəri 1009,6 min manat, ondan yaşayış evlərinin dəyəri isə 894,3 min manatdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq fərdi yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin dəyərindən 239,5 min manat və ya 31,1 faiz, ondan yaşayış evlərinin dəyərindən isə 201,3 min manat və ya 29,0 faiz çoxdur.

2017-ci ilin I yarısında 3843,3 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bunun da 2833,7 min manatı və ya 73,7 faizi dövlət sektorunun, 1009,6 min manatı və ya 26,3 faizi isə qeyri-dövlət sektorunun payına düşür. Qeyri-dövlət sektorunun payına düşən istifadəyə verilmiş əsas fondların hamısı əhalinin şəxsi vəsaiti hesabınadır.

2017-ci ilin I yarısında şəhərdə əsas kapitala cəmi 13022,2 min manat investisiya yönəldilmişdir ki, bu da 2016-cı ilin I yarımili ilə müqayisədə 21,5 faiz və ya 3560,7 min manat azdır. Cəmi investisiyanın 12012,6 min manatı və ya 92,2 faizi dövlət sektoruna, 1009,6 min manatı və ya 7,8 faizi qeyri-dövlət sektoruna yönəldilmişdir. Qeyri-dövlət sektorunun payına düşən əsas kapitala yönəldilmiş investisiyanın hamısı əhalinin şəxsi vəsaiti hesabınadır ki, bunun da 959,1 min manatı tikinti-quraşdırma işləridir.

2017-ci ilin I yarısında nazirliklər, komitələr, şirkətlər, səhmdar cəmiyyətlər, baş idarələr və birliklər tərəfindən mərkəzləşmiş qaydada Mingəçevir şəhərində 2827,0 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir ki, bu da şəhər üzrə əsas fondların 73,6 faizini təşkil etmişdir.

Hesabat dövrü ərzində nazirliklər, komitələr, şirkətlər, səhmdar cəmiyyətlər, baş idarələr və birliklər tərəfindən Mingəçevir şəhərində inşaat işlərinə mərkəzləşdirilmiş qaydada 9703,8 min manat investisiya yönəldilmişdir ki, bu da ümumi investisiyanın 74,5 faizini təşkil edir. Mərkəzləşdirilmiş qaydada əsas kapitala yönəldilmiş ümumi investisiyadan 9699,9 min manatı tikinti-quraşdırma işləridir ki, bu da ümumi tikinti-quraşdırma işlərinin 76,0 faizini təşkil edir.

2017-ci ilin I yarımilində şəhər üzrə əsas kapitala yönəldilmiş investisiyanın həcmi respublikanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyanın 0,1 faizni, tikinti-quraşdırma işlərinin isə 0,1 faizini təşkil edir. Hesabat dövrü ərzində şəhər üzrə əsas kapitala yönəldilmiş investisiyanın həcmi Aran iqtisadi rayonunun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyaların 1,6 faizini, tikinti-quraşdırma işlərinin isə 1,7 faizini təşkil edir.

2017-ci ilin I yarımilində tikinti müəssisələri fəaliyyət növləri bölgüsünə görə yerinə yetirdikləri işlərinin 2062,9 min manatı və ya 44,3 faizi binaların tikintisi, 2172,4 min manatı və ya 46,7 faizi mülki təyinatlı inşaat işləri və 417,4 min manatı və ya 9,0 faizi ixtisaslaşdırılmış tikinti işləridir.

2017-ci ilin I yarımilində tikinti təşkilatlarında 387 nəfər məşğul olmuşdur ki, bu da 2016-cı ilin I yarımili ilə müqayisədə 123 nəfər və ya 46,6 faiz çoxdur. 2017-ci ilin I yarımilində tikinti təşkilatlarında siyahı tərkibində olan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cəmi 12,5 faiz və ya 36,6 manat azalaraq 256,0 manat olmuşdur. 2017-ci ilin I yarımilində tikinti təşkilatlarında çalışan cəmi işçilərin 42 nəfəri və ya 10,9 faizi qadınlardır ki, onların da orta aylıq nominal əmək haqqı 186,6 manatdır. Qadınların orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 manat və ya 2,9 faiz çoxdur.

Şəhər üzrə tikinti sahəsində çalışan işçilərin orta aylıq nominal əmək haqqı respublika üzrə tikinti sahəsində çalışan işçilərin orta aylıq nominal əmək haqqından 68,3 faiz az, lakin Aran iqtisadi rayonu  üzrə orta aylıq nominal əmək haqqından 4,8 faiz çoxdur.

2017-ci ilin I yarımilində tikinti təşkilatlarının dövlət sektorunda 152 nəfər məşğul olmuşdur ki, bu da 2016-cı ilin I yarımili ilə müqayisədə 15 nəfər və ya 10,9 faiz çoxdur. 2017-ci ilin I yarımilində tikinti təşkilatlarının dövlət sektorunda çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cəmi 5,7 faiz və ya 15,2 manat artaraq 283,9 manat olmuşdur. Hesabat dövrü ərzində dövlət sektorunda çalışan cəmi işçilərin 24 nəfəri və ya 15,8 faizi qadınlardır ki, onların da orta aylıq nominal əmək haqqı 177,5 manatdır.

Fəaliyyət göstərən tikinti təşkilatlarında 2017-ci il yanvarın 1-i vəziyyətinə siyahı tərkibində olan işçilərin sayı 231 nəfər olmuşdur. 2017-ci ilin I yarımili ərzində 240 nəfər işə qəbul edilmişdir ki, bunun da 217-si əlavə açılmış iş yerləridir. 48 nəfər isə hesabat dövrü ərzində işdən azad edilmişdir. 01 iyul 2017-ci il vəziyyətinə siyahı tərkibində 423 nəfər işçi qalmışdır ki, bunun da 41,4 faizi və ya 175 nəfəri dövlət sektorunda çalışan işçilərdir.

Məqalə Qiyməti