MDU-da startap layihələrlə bağlı konfrans baş tutub

: Startap layihələr barədə məlumat verildi
Startap layihələr barədə məlumat verildi

Mingəçevir Dövlət Universitetində (MDU) İnformasiya Texnologiyalarının İnkişafı Fondunun maliyyə dəstəyilə icra edilən qalib layihələrin yerinə yetirilməsinə həsr olunmuş konfrans keçirilib.  MDU-nun Elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubov, müəllimlərdən Vüqar Mustafayev, Nizami Zeynalov, Emiliya Hüseynova və başqaları startap layihələrinin əhəmiyyətindən danışıb, bu sahədə gənclərin roluna diqqət yetiriblər.  

MDU-nun İnnovativ Biznes İnkubasiya (İBİ) mərkəzinin rəhbəri,  “İntellektual Multi Bələdçi” startap  layihəsinin rəhbəri Möhübbət Əhmədov bildirib ki, Azərbaycanın bölgələrini tanıtmağa xidmət edən layihə noyabrın sonunda tamamlanacaq. “Öyrən, tətbiq et və qazan” layihəsinin rəhbəri Elmir Allahverdiyev interaktiv lövhələrdə tədris materiallarının hazırlanması metodlarının öyrənilməsi ilə bağlı 50-dən çox müəllimin təlimlərə cəlb edildiyini  və  onlara kursu bitirmələri barədə sertifikat verildiyini diqqətə çatdırıb. “Əl işlərinin ticarəti” layihəsinin rəhbəri Kamal Əhmədov deyib ki, bu layihə ilə bağlı veb səhifə yaradılıb: “Bu dövrə qədər həmin səhifədə 50-dən çox əl işi yerləşdirilib və alqı-satqı əməliyyatları ilə bağlı onlar 15-ə qədər müştəriyə köməklik göstərilib”.

Müəllim və tələbələr layihə rəhbərlərinə  suallarını ünvanlayıblar. 

Məqalə Qiyməti