9 ayda dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların müxtəlif xidmətlərdən istifadəsi

: Məsrəflərin  strukturu
Məsrəflərin strukturu

Azərbaycan Respublikası regionlarının iqtisadi inkişafının təmin edilməsinə yönəldilmiş Dövlət Proqramının ölkəmizin həyatında müstəsna əhəmiyyət kəsb etdiyini qeyd edərək, “Aran iqtisadi rayonu”na daхil olan Mingəçevir şəhəri iri sənaye mərkəzlərindən biridir. Buna baхmayaraq şəhərdə respublika büdcəsindən və yerli büdcədən maliyyələşdirilən bir çoх idarə və təşkilatlar da mövcuddur.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində şəhərdə büdcədən maliyyələşdirilən istehlakçılar tərəfindən natura ifadəsində 4133,8 min kVt.saat elektrik enerjisi, 1002,0 Q.kalori istilik enerjisi, 417,0 min kub m. təbii qaz, 136,3 min kub m. sudan istifadə edilmişdir ki, bu da 2016-cı ilin yanvar-sentyabr ayı ilə müqayisədə natura ifadəsində istifadə edilən elektrik enerjisinin 24,6 faiz, təbii qazın 1,7 faiz, suyun istehlakının 20,2 faiz azalması, istilik enerjisinin 10,3 faiz artması deməkdir. İstehlak edilən 45,1 min manatlıq rabitə xidmətləri əvvəlki illin eyni dövrü ilə müqayisədə 3,4 min manat və ya 8,2 faiz artmışdır.

Cəmi məsrəflərin ümumi məbləğinin 56,2 faizini elektrik enerjisi, 3,8 faizini istilik enerjisi, 12,6 faizini təbii qaz, 20,6 faizini su və 6,8 faizini rabitə хidmətləri təşkil etmişdir.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində şəhərin büdcə təşkilatları tərəfindən istehlak edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə 7,6 faiz və ya 46,5 min manat artaraq 661,9 min manat təşkil etmişdir.

Büdcə təşkilatları 2017-ci ilin yanvar-sentyabr ayları ərzində istifadə etdikləri bütün ehtiyatların dəyərinin 98,5 faizini və ya 652,0 min manatını ödəmişlər.

 

 

Cəmi istehlak edilmişdir, naturada

2017-ci ilin

yanvar-sentyabr aylarının 2016-cı il yanvar-sentyabr aylarına nisbətən, %-lə

2017-ci ilin yanvar-sentyabr ayları ərzində

2016-cı ilin yanvar-sentyabr ayları ərzində

Elektrik enerjisi, min kVt.saat

4133,8

5479,9

75,4

İstilik enerjisi, Q.kal.

1002,0

908,3

110,3

Təbii qaz, min kub metr

417,0

424,4

98,3

Suyun istehlakı, min kub metr

136,3

171,4

79,5

 Elektrik enerjisinin 38,9 faizi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, 2,0 faizi İcra Hakimiyyəti və icra nümayəndəliklərinin, 34,3 faizi Təhsil Nazirliyinin, 15,4 faizi Səhiyyə Nazirliyinin, 0,2 faizi Dövlət Statistika Komitəsinin, 0,1 faizi Maliyyə Nazirliyinin, 0,9 faizi Fövqəladə Hallar Nazirliyinin, 0,7 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, 0,2 faizi Gənclər və İdman Nazirliyinin, 6,7 faizi Mədəniyyət və Turizm Nazirliyinin, 0,2 faizi Kənd Təsərrüfatı Nazirliyinin, 0,3 faizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, 0,1 faiz Milli Arxiv idarəsinin tabeliyində olan təşkilatlar tərəfindən istifadə edilmişdir.

İstilik enerjisinin 80,2 faizi Təhsil Nazirliyinin, 19,8 faizi Səhiyyə Nazirliyinin tabeliyində olan təşkilatlar tərəfindən istifadə edilmişdir.

Mavi yanacağın 58,5 faizi Təhsil Nazirliyinin, 36,5 faizi Səhiyyə Nazirliyinin, 0,3 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, 0,9 faizi Dövlət Statistika Komitəsinin, 0,9 faizi Maliyyə Nazirliyinin, 2,7 faizi Fövqəladə Hallar Nazirliyinin, 0,2 faizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan təşkilatlar tərəfindən istifadə edilmişdir.

Sudan Təhsil Nazirliyinin 59,6 faiz, Səhiyyə Nazirliyinin 29,2 faiz, İcra Hakimiyyəti və icra nümayəndəliklərinin 0,6 faiz, Maliyyə Nazirliyinin 0,1 faiz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 0,7 faiz, Fövqəladə Hallar Nazirliyinin 0,8 faiz, Mədəniyyət və Turizm Nazirliyinin 7,2 faiz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1,4 faiz, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təşkilatlar 0,4 faiz istifadə etmişlər.

Rabitə xidmətlərindən 1,2 faiz Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, 28,9 faiz Təhsil Nazirliyinin, 11,9 faiz Səhiyyə Nazirliyinin, 19,7 faiz İcra Hakimiyyəti və icra nümayəndəliklərinin, 1,6 faiz Dövlət Statistika Komitəsinin, 1,6 faiz Maliyyə Nazirliyinin, 2,6 faiz Fövqəladə Hallar Nazirliyinin, 6,8 faiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, 3,6 faiz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, 2,0 faiz Gənclər və İdman Nazirliyinin, 18,4 faiz Mədəniyyət və Turizm Nazirliyinin, 0,8 faiz Kənd Təsərrüfatı Nazirliyinin, 0,9 faiz Milli Arxiv idarəsinin tabeliyində olan təşkilatlar istifadə etmişlər.

Aşağıdakı diaqramdan göründüyü kimi, 2017-ci ilin yanvar-sentyabr aylarında istehlak edilmiş elektrik enerjisinin 99,0 faizi, istilik enerjisinin 82,1 faizi, təbii qazın 100,0 faizi, suyun 99,0 faizi və rabitə xidmətlərinin dəyərinin 99,6 faizi ödənilmişdir.

Şəhərin büdcə təşkilatlarından, Təhsil Nazirliyinin 99,9 faiz, Səhiyyə Nazirliyinin 95,6 faiz, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin 97,4 faiz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 99,8 faiz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 99,0 faiz, Dövlət Statistika Komitəsinin, Maliyyə Nazirliyinin, Milli Arxiv idarəsinin, Fövqəladə Hallar Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, İcra Hakimiyyəti və icra nümayəndəliklərinin, Mədəniyyət və Turizm Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təşkilatlar istehlak olunmuş ehtiyatların dəyərini tam ödəmişlər.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində  8,7 min manat və ya 25,7 faiz istilik enerjisindən, 13,7 min manat və ya 9,1 faiz sudan, 8,7 min manat və ya 16,2 faiz rabitə xidmətlərindən müəyyən edilmiş limitdən az, 3,7 min manat və ya 1,0 faiz elektrik enerjisindən, 8,3 min manat və ya 11,1 faiz təbii qazdan müəyyən edilmiş limitdən çox istifadə olunmuşdur.

Məqalə Qiyməti