2017-ci ilin yanvar-sentyabr aylarında ticarət müəssisələrinin fəaliyyəti

: 01 oktyabr 2017-ci il vəziyyətinə əmtəə bazarının strukturu
01 oktyabr 2017-ci il vəziyyətinə əmtəə bazarının strukturu

Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar olaraq son illər müxtəlif növ qeyri–dövlət ticarət şəbəkələri yaranmışdır. İstehlak mallarının böyük əksəriyyəti fiziki şəxslər tərəfindən satılır. İstehlak bazarının vəziyyəti haqqında daha dolğun və düzgün məlumat almaq məqsədi ilə ildə 4 dəfə olmaqla bazar və yarmarkalarda statistik müayinələr aparılır.

Pərakəndə əmtəə dövriyyəsi - əmtəələrin tədavül sferasından şəxsi istehlak sferasına hərəkətinin son mərhələsini, əmtəələrin əhaliyə satışını əks etdirir.

İstehlak bazarı - əmtəələrin mütəşəkkil və qeyri mütəşəkkil sektorlarla satışı ilə formalaşır.

Mütəşəkkil sektor - əmtəələrin rəsmi qeydiyyatdan keçmiş hüquqi şəxslər tərəfindən pərakəndə şəbəkə və topdansatış müəssisələri vasitəsi ilə satışını əks etdirir.

01 oktyabr 2017-ci il vəziyyətinə  şəhərdə ticarət fəaliyyəti ilə məşğul olan 24 - dövlət obyekti, 1 - İstehsal İstehlak Kooperativi, 172 - firma, məhdud məsuliyyətli cəmiyyət, kiçik müəssisə və 11 saylı Ərazi Vergilər Departamentinin məlumatına əsasən 3452 nəfər isə hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər qeydiyyatdan keçmişdir.

2017-ci ilin 01 oktyabr vəziyyətinə şəhərdə 4 ədəd bazar və yarmarka fəaliyyət göstərmişdir ki, onlarda da ticarət yerlərinin sayı 1307 vahiddir.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində şəhərin istehlak bazarında əhaliyə 250364,5 min manatlıq istehlak malları satılmışdır. Cəmi pərakəndə ticarət dövriyyəsinin 47,8 faizini və ya 119758,7 min manatını ərzaq malları, 52,2 faizini və ya 130605,8 min manatını isə qeyri- ərzaq malları təşkil etmişdir.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində şəhər üzrə pərakəndə ticarət dövriyyəsi faktiki qiymətlərlə 250364,5 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 37348,4  min manat və ya 17,5 faiz  çoxdur.

2017-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17,5 faiz və ya 37348,4 min manat, müqayisəli qiymətlərlə isə 15,2 faiz və ya 33034,2 min manat çox olmuşdur. Hesabat dövründə hüquqi şəxslər üzrə pərakəndə ticarət dövriyyəsi 9679,7 min manat olmuşdur ki, bu da keçən ilə nisbətən faktiki qiymətlərlə 76,6 faiz və ya 4197,3 min manat, müqayisəli qiymətlərlə isə 15,2 faiz və ya 1277,2 min manat çox olmuşdur. Dövlət mülkiyyəti olan müəssisələr üzrə pərakəndə ticarət dövriyyəsi isə 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 49,7 min manat və ya 36,3 faiz az, müqayisəli qiymətlərlə isə 11,5 min manat və ya 15,2 faiz çox olmuşdur.

2017-ci ilin yanvar-sentyabr aylarında fiziki şəxslər üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi cəmi 240684,8 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövründəkindən faktiki qiymətlərlə 33151,1 min manat və ya 16,0 faiz, müqayisəli qiymətlərlə isə 31757,0 min manat və ya 15,2 faiz çoxdur. Fiziki şəxslər üzrə pərakəndə ticarət dövriyyəsinin 17,9 faizi və ya 43010,6 min manatı bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin hesabına, 82,1 faizi və ya 197674,2 min manatı isə digər fiziki şəxslərin hesabına olmuşdur.

2017-ci ilin yanvar-sentyabr aylarında şəhər üzrə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 119758,7 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 21,3 faiz və ya 21066,1 min manat, müqayisəli qiymətlərlə isə 17,9 faiz və ya 18182,2  min manat çoxdur.

Hesabat dövründə şəhər üzrə qeyri-ərzaq mallarının pərakəndə ticarət  dövriyyəsi isə 130605,8 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 16282,3 min manat və ya 14,2 faiz, müqayisəli qiymətlərlə isə 14511,8 min manat və ya  12,5 faiz çoxdur.

Hesabat dövrü ərzində hüquqi şəxslər üzrə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 1751,8 min manat olmuşdur ki, bu da keçən ilə nisbətən faktiki qiymətlərlə 9,6 dəfə və ya 1569,4 min manat, müqayisəli qiymətlərlə isə  17,9 faiz və ya 266,0 min manat çoxdur.

Qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi hüquqi şəxslər üzrə 2017-ci ilin yanvar-sentyabr aylarında 7927,9 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 49,6 faiz  və ya 2627,9 min manat, müqayisəli qiymətlərlə isə 12,5 faiz  və ya 880,9 min manat çox deməkdir.

Hesabat dövrü ərzində hüquqi şəxslərin dövlət mülkiyyəti olan müəssisələr üzrə  ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi olmamışdır.

Qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi hüquqi şəxslərin dövlət mülkiyyətli müəssisələri üzrə 87,2 min manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən  faktiki qiymətlərlə 49,7 min manat və ya 36,3 faiz az, müqayisəli qiymətlərlə isə 9,7 min manat və ya 12,5 faiz çoxdur.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində fiziki şəxslər üzrə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 118006,9 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 19,8 faiz və ya 19496,7 min manat, müqayisəli qiymətlərlə isə 17,9 faiz  və ya 17916,2 min manat çoxdur.

Fiziki şəxslər üzrə hesabat dövründə qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi isə 122677,9 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 13654,4 min manat və ya 12,5 faiz, müqayisəli qiymətlərlə isə 13630,9 min manat və ya 12,5 faiz çoxdur.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslər üzrə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 40906,3 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 36,8 faiz və ya 23860,7 min manat az, müqayisəli qiymətlərlə isə 17,9 faiz  və ya 6210,5 min manat çoxdur.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslər üzrə cəmi qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi isə 2104,3 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 96,5 faiz və ya 58162,4 min manat az, müqayisəli qiymətlərlə isə 12,5 faiz  və ya 233,8 min manat çoxdur.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində digər fiziki şəxslər üzrə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 77100,6 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 2,3 dəfə və ya 43357,4 min manat, müqayisəli qiymətlərlə isə 17,9 faiz  və ya 11705,7 min manat çoxdur.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində digər fiziki şəxslər üzrə cəmi qeyri-ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi isə 120573,6 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 2,5 dəfə və ya 71816,8 min manat, müqayisəli qiymətlərlə isə 12,5 faiz  və ya 13397,1 min manat çoxdur.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində şəhər üzrə cəmi ərzaq mallarının pərakəndə ticarət dövriyyəsi 119758,7 min manat olmuşdur ki, bu da ümumi pərakəndə ticarət dövriyyəsinin 47,8 faizini təşkil edir. Qeyri-ərzaq mallarının həcmi isə 130605,8 min manat olmuşdur ki, bu da ümumi əmtəə dövriyyəsinin 52,2 faizini təşkil edir.

Pərakəndə ticarətin ümumi əmtəə dövriyyəsinin həcmində ərzaq mallarından; meyvələrin, tərəvəzin, kartofun, yarma və paxlalılar, süd məhsulları, ət məhsulları və çörək-bulka məmulatları, qeyri-ərzaq mallarından isə yanacaq, paltarların və alt geyimlərinin, elektrik məişət cihazlarının pərakəndə satışı daha böyük xüsusi çəkiyə malikdir.

Şəhər üzrə 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ümumi pərakəndə ticarət dövriyyəsində müvafiq olaraq ərzaq mallarının xüsusi çəkisi 47,8 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə 52,2 faiz olmuşdur. Ümumi əmtəə dövriyyəsinin həcmində meyvələrin (15004,4 min manat) xüsusi çəkisi 6,0 faiz, kartofun (4415,7 min manat) xüsusi çəkisi 1,8 faiz, tərəvəzin (15590,6 min manat) xüsusi çəkisi 6,2 faiz, yarma və paxlalıların (736,5 min manat) xüsusi çəkisi 0,3 faiz, süd məhsullarının (1677,7 min manat) xüsusi çəkisi 0,7 faiz, çörək-bulka məmulatlarının (1340,4 min manat) xüsusi çəkisi 0,5 faiz, ət məhsullarının (445,4 min manat) xüsusi çəkisi 0,2 faiz, qeyri-ərzaq mallarından isə paltarın və alt geyimlərinin (1882,2 min manat) xüsusi çəkisi 0,8 faiz, yanacaq (6815,1 min manat) xüsusi çəkisi 2,7 faiz, elektrik məişət cihazlarının (310,1 min manat) xüsusi çəkisi 0,1 faiz  pərakəndə satışda daha böyük xüsusi çəkiyə malikdir.

 2017-ci ilin yanvar-sentyabr ayları ərzində Respublika üzrə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində  Mingəçevir şəhərinin ticarət dövriyyəsinin xüsusi çəkisi 1,01 faiz təşkil etmişdir.

Hesabat dövründə şəhərin pərakəndə ticarət dövriyyəsində hüquqi şəxslərin (9679,7 min manat) xüsusi çəkisi 3,9 faiz, fiziki şəxslərin (240684,8 min manat) payı isə 96,1 faiz təşkil etmişdir.

Şəhərdə ticarət üçün xüsusi olaraq ayrılmış yerlərdə, bazar və yarmarkalarda fiziki şəxslər tərəfindən əhaliyə satılan istehlak mallarının həcmi keçirilən statistik müşahidə əsasında aparılan hesablamaya görə 2017-ci ilin yanvar-sentyabr aylarında 43010,6 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən  faktiki qiymətlərlə 65,6 faiz və ya 82023,1 min manat az, müqayisəli qiymətlərlə isə 15,2 faiz və ya 5675,0 min manat çoxdur.

Ümumi pərakəndə ticarət dövriyyəsində bazar və yarmarkaların pərakəndə ticarət dövriyyəsinin həcmi hesabat dövründə 43010,6 min manat olmuşdur ki, bu da ümumi əmtəə dövriyyəsinin 17,2 faizi deməkdir.

Şəhərdə digər fiziki şəxslər üzrə cəmi pərakəndə ticarət dövriyyəsinin həcmi hesabat dövründə 197674,2 min manat olmuşdur ki, bu da 2016-cı il ilin müvafiq dövrünə müqayisədə faktiki qiymətlərlə  2,4 dəfə və ya 115174,2 min manat, müqayisəli qiymətlərlə isə 15,2 faiz və ya 26082,0 min manat çoxdur. Ümumi pərakəndə ticarət  dövriyyəsində digər fiziki şəxslərin xüsusi çəkisi 79,0 faizdir.

2017-ci ilin yanvar-sentyabr ayları ərzində topdansatışın əmtəə dövriyyəsi yalnız hüquqi şəxslərin hesabına olmuşdur. Hesabat dövründə hüquqi şəxslər üzrə topdansatışın əmtəə dövriyyəsi 3871,3 min manat olmuşdur ki, bu da keçən ilə nisbətən faktiki qiymətlərlə 86,5 faiz və ya  1795,8 min manat çoxdur.

2017-ci ilin yanvar-sentyabr aylarında topdansatış əmtəə dövriyyəsi yalnız əsas fəaliyyət növü ticarət olan müəssisələrin hesabına olmuşdur. Hesabat dövrü ərzində olan topdansatışın əmtəə dövriyyəsinin 2265,7 min manatı və ya 58,5 faizi  əsas fəaliyyət növü ticarət olan “İri və orta müəssisələr”in, 1605,6 min manatı və ya 41,5 faizi isə əsas fəaliyyət növü ticarət olan “Kiçik müəssisələr”in hesabına olmuşdur.

01 oktyabr 2017-ci il tarixə pərakəndə ticarət şəbəkələrində mal qalığının miqdarı 2409,3 min manat, topdansatış ticarət şəbəkələrində isə mal qalığının miqdarı 826,6 min manat olmuşdur. 

Məqalə Qiyməti