2017-ci ilin yanvar-sentyabr aylarında sənayenin inkişafı haqqında

: Fəaliyyət göstərən sənaye (hüquqi şəxs) müəssisələrinin strukturu, faizlə
Fəaliyyət göstərən sənaye (hüquqi şəxs) müəssisələrinin strukturu, faizlə

Azərbaycan Respublikası regionlarının inkişaf etdirilməsi ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkədə iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda sosial infrastrukturun və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan vermişdir.

Mingəçevir şəhərində sahibkarlığın inkişaf etdirilməsi, azad rəqabət mühitinin formalaşması fəaliyyətdə olan təsərrüfat subyektlərinin sayının və tərkibinin dəyişməsinə öz təsirini göstərmişdir. Şəhərdə bir çox yeni müəssisə və təşkilatlar yaranmış, rəqabətə davam gətirə bilməyən təsərrüfat subyektlərinin müəyyən hissəsi ləğv edilmiş, digər hissəsi isə öz fəaliyyət istiqamətlərini dəyişdirmişdir. “Statistik vahidlərin Dövlət reyestri” üzrə 01 oktyabr 2017-ci il tarixinə şəhərdə əsas fəaliyyət növü sənaye olan hüquqi şəxslərin sayı 94 olmuşdur ki, onlardan 42-si 2017-ci ilin üçüncü rübündə fəaliyyət göstərmişdir.

Əsas fəaliyyəti sənaye olan 42 müəssisənin işçilərinin sayına və gəlirlərinin həcminə görə 14-ü və ya 33,3 faizi iri və orta sahibkarlıq subyekti, 28-zi və ya   66,7 faizi isə kiçik sahibkarlıq subyekti sayılır.

2017-ci ilin yanvar-sentyabr aylarında şəhərdə təşkilati hüquqi formasından asılı olmayaraq sənaye müəssisələri tərəfindən istehsal olunmuş məhsulların (natural ifadəsində) həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən fiziki həcm indeksi tətbiq edildikdən sonra artım tempi 131,2 faiz təşkil etmişdir. 2017-ci ilin yanvar-sentyabr aylarında kiçik sahibkarlıq subyektləri də nəzərə alınmaqla şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən fəaliyyətdə olan topdansatış qiymətlərində 250894,1 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. 2017-ci ilin yanvar-sentyabr aylarında dövlət sektorunda istehsalın həcmi sənaye məhsulunun 97,1 faizini, qeyri-dövlət sektorunda isə istehsalın həcmi sənaye məhsulunun 2,9 faizini təşkil etmişdir. Ümumi sənaye istehsalının 97,3 faizi malların (əmtəələrin) istehsalı, 2,7 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. 2017-ci ilin yanvar-sentyabr aylarında şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən istehsal edilmiş sənaye məhsulun həcmi respublika üzrə istehsal edilmiş sənaye məhsulun həcminin 0,9 faizini təşkil edir.

Hesabat dövründə istehsal edilmiş sənaye məhsulunun 95,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 2,8 faizi emal bölməsinin, 1,3 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin, 0,1 faizi mədənçıxarma bölməsinin payına düşür.

  İstehlakçılara əvvəlki illərin hazır məhsul ehtiyatlarının qalıqları da daxil olmaqla 274591,7 min manatlıq məhsul göndərilmiş, müəssisələrin anbarlarında 1169,0 min manatlıq hazır məhsul ehtiyatı qalmışdır ki, bu da 2017-ci ilin yanvar ayının 1-i vəziyyəti ilə müqayisədə 11,2 faiz və ya 146,9 min manat azdır. İstehlakçılara göndərilmiş sənaye məhsulunun 2328,2 min manatını və ya 0,8 faizini ixrac olunmuş mallar təşkil etmişdır.

Şəhər sənayesinin strukturunda elektrik enerjisinin istehsalı aparıcı rol oynayır.

2017-ci ilin yanvar-sentyabr aylarında istehsalın həcmi sənayenin ümumi məhsulunun 95,8 faizini təşkil etmiş elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 240344,5 min manatlıq məhsul istehsal olunmuşdur. 2017-ci ilin yanvar-sentyabr aylarında ölkədə istehsal olunan  elektrik enerjisinin (əmtəəlik) 40,4 faizi və ya 6564,6 milyon kvt.saatı Mingəçevirdə fəaliyyət göstərən müəssisələr tərəfindən hasil edilmişdir ki, bunun da 91,9 faizi istilik elektrik stansiyasının, 8,1 faizi su elektrik stansiyasının payına düşür. Şəhər üzrə istehsal olunmuş elektrik enerjisinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,3 faiz və ya 1602,0 milyon kvt. saat çox olmuşdur. 2017-ci ilin yanvar-sentyabr aylarında 3,3 min Qkal istilik enerjisi istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,7 faiz və ya 1,2 min Qkal az olmuşdur.

Natura ifadəsində əsas məhsul növlərinin istehsalı

Məhsul növlərinin adı

2017-ci ilin yanvar-sentyabr aylarında

2016-cı ilin yanvar-sentyabr aylarında

2017-ci ilin yanvar-sentyabr

 2016-cı ilin yanvar-sentyabrına nisbətən, %-lə 

Tikinti qumu, ton

85733,0

65852,0

130,2

Mal əti, ton

53,8

60,4

89,1

Göndən hazırlanan dərinin suvandlanmış üst qatı, min kv.m

72,5

42,8

169,4

Rezin qarışdırıcı, ton

-

3,8

-

Rezin lövhələr, təbəqələr və zolaqlar, ton

1,9

18,3

10,4

Rezin döşəmə örtükləri, ton

3,0

1,2

2,5 dəfə

Rezin kipləşdiricilər, ton

1,6

2,3

69,6

Polietilen borular, ton

119,4

16,9

7,1 dəfə

Plastik borular, ton

30,1

80,7

37,3

Manitorlar, ədəd

964

384

2,5 dəfə

Məlumatların saxlanması üçün vahidlər, ədəd

1030

103

10 dəfə

Məişət, qurğu naqilləri və güc kabelləri, ton

15,4

13,3

115,8

Açıq naqillər, ton

180,6

10,8

16,7 dəfə

Maye üçün nasoslar, maye qaldırıcıları

43

8

5,4 dəfə

Buruq VB-53.320M

2

-

-

Elektrik enerjisi(əmtəəlik), mln kvt.s

6564,6

4962,6

132,3

     istilik elektrik stansiyalarının istehsalı

6033,5

4530,5

133,2

     su elektrik stansiyalarının istehsalı

531,1

432,1

129,9

İstilik elektrik stansiyalarının istiliyi, min Qkal

3,3

4,5

73,3

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-sentyabr aylarında sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 32,5 faiz, emal bölməsində 4,6 faiz, mədənçıxarma bölməsində 33,7 faiz artım, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 16,8 faiz geriləmə  müşahidə olunmuşdur. 

2017-ci ilin yanvar-sentyabr aylarında istehsalın həcmi sənayenin ümumi məhsulunun 2,8 faizini təşkil etmiş emal sənayesi müəssisələri tərəfindən 7010,6 min manatlıq məhsul istehsal olunmuşdur. Emal bölməsində qida məhsullarının istehsalında, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında, poliqrafiya məhsullarının istehsalında, rezin və plastik kütlə məmulatlarının istehsalında, tikinti materiallarının istehsalında, hazır metal məmulatlarının istehsalı, kompyuter, elektron və optik məhsulların istehsalında, elektrik avadanlıqlarının istehsalında, maşın və avadanlıqların istehsalında, maşın və avadanlıqların quraşdırılması və təmirində artım müşahidə edilmişdir. Bundan başqa toxuculuq sənayesində, geyim istehsalında, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların

 istehsalında, mebellərin istehsalında isə azalma  müşahidə edilmişdir.

İqtisadi fəaliyyət növlərinin təsnifatına görə sənaye müəssisələrinin işi cədvəldəki göstəricilərlə xarakterizə olunur.

                                                                                                                             min manatla 

Fəaliyyət növlərinin adı

2017-ci ilin yanvar-sentyabr aylarında istehsal

edilmişdir (fəaliyyətdə olan qiymətlərdə)

Əvvəlki ilin müvafiq dövrünə nisbətən,

%-lə

Şəhər üzrə cəmi:

250894,1

131,2

o cümlədən:

 

 

dövlət sektoru

243558,2

175,8

qeyri dövlət sektoru

7335,9

2,1 dəfə

ondan: fiziki şəxslər

971,9

157,2

Fəaliyyət növləri üzrə:

Mədənçıxarma sənayesi

329,2

133,7

Emal sənayesi

7010,6

104,6

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

240344,5

132,5

Su təchizatı,  tullantıların təmizlənməsi və emalı

3209,8

83,2

Emal sənayesində maşın və avadanlıqların istehsalının xüsusi çəkisi 30,6 faiz, elektrik avadanlıqlarının istehsalının xüsusi çəkisi 14,1 faiz, qida məhsullarının istehsalının xüsusi çəkisi 13,2 faiz, kompyuter, elektron və optik məhsulların istehsalının xüsusi çəkisi 10,8 faiz, tikinti materiallarının istehsalının xüsusi çəkisi 10,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalının xüsusi çəkisi 10,5 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalının xüsusi çəkisi 6,1 faiz,  geyim istehsalının xüsusi çəkisi 1,8 faiz, poliqrafiya məhsullarının istehsalının xüsusi çəkisi 1,1 faiz, sair məhsulların istehsalının xüsusi çəkisi 1,1 faiz təşkil etmişdir.

2017-ci ilin yanvar-sentyabr aylarında cəmi istehsal edilmiş məhsulun 99,2 faizi iri və orta sənaye müəssisələrinin, 0,8 faizi isə kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrinin payına düşür. 2017-ci ilin yanvar-sentyabr aylarında iri və orta sənaye müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 248798,8 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 77,0 faiz və ya 108227,5 min manat çoxdur. 2017-ci ilin yanvar-sentyabr aylarında iri və orta sənaye müəssisələri üzrə istehsalın həcmi dövlət sektorunda sənaye məhsulunun 97,8 faizini, qeyri-dövlət sektorunda isə sənaye məhsulunun 2,2 faizini təşkil etmişdir. 2017-ci ilin yanvar-sentyabr aylarında kiçik sahibkarlıq subyektləri tərəfindən istehsal edilmiş məhsulun həcmi 2095,3 min manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 51,2 faiz və ya 709,9 min manat çoxdur. 2017-ci ilin yanvar-sentyabr aylarında kiçik sahibkarlıq subyektləri sayılan sənaye müəssisələrində istehsalın həcmi dövlət sektorunda sənaye məhsulunun 8,5 faizini, qeyri-dövlət sektorunda isə sənaye məhsulunun 91,5 faizini təşkil etmişdir.

2017-ci ilin yanvar-sentyabr aylarında sənaye müəssisələrində çalışan işçilərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqaisədə 3,7 faiz və ya 130 nəfər azalaraq 3359 nəfər olmuşdur. Ən çox işçi elektrik enerjisi, qaz  və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində (1891 nəfər) mövcud olmuşdur ki, bu da sənayedə çalışan cəmi işçilərin 56,3 faizini təşkil etmişdir. Emal sənayesində 681 nəfər və ya cəmi işçilərin 20,3 faizi məşğuldur. 2017-ci ilin yanvar-sentyabr aylarında poliqrafiya məhsullarının istehsalı, tikinti materiallarının istehsalı, kompyuter, elektron və optik məhsulların istehsalı sahələrində işləyənlərin sayının artması müşahidə olunmuşdur. Mədənçıxarma sənayesi, qida məhsullarının istehsalı, toxuculuq sənayesi, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı, rezin və plastik kütlə məmulatlarının istehsalı, elektrik avadanlıqlarının istehsalı, maşın və avadanlıqların istehsalı, mebellərin istehsalı, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində isə işləyənlərin sayının azalması müşahidə olunmuşdur. 2017-ci ilin yanvar-sentyabr aylarında sənayedə çalışan cəmi işçilərin 90,4 faizi iri və orta sənaye müəssisələrində, 9,6 faizi kiçik sahibkarlıq subyektlərində məşğul olmuşdur. Hesabat dövründə sənaye müəssisələrində 337 nəfər, o cümlədən əlavə açılmış iş yerlərinə 31 nəfər işə qəbul edilmiş və 389 nəfər işdən çıxmışdır. 2017-ci ilin yanvar-sentyabr aylarında açılan yeni iş yerlərindən 3-ü dövlət sekorunda, 28-i isə qeyri-dövlət sektorunda olan müəssisələrdə istifadəyə verilmişdir.

2017-ci ilin yanvar-sentyabr aylarında şəhərin sənaye müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 323,5 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 1,3 faiz və ya 4,3 manat azdır. 2017-ci ilin yanvar-sentyabr aylarında dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 335,1 manat, qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqı isə 249,7 manat olmuşdur.

Orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində 1,9 faiz artmış, emal sənayesində 17,7 faiz, mədənçıxarma sənayesində 6,8 faiz azalmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində orta aylıq nominal əmək haqqının səviyyəsi bütövlükdə şəhər sənayesi üzrə orta göstəricidən 67,6 manat və ya 20,9 faiz çoxdur.

Hazırda dövlət tərəfindən sahibkarlığın inkişafına diqqətin artırılması, sahibkarların hüquqlarının qorunması, istehsalda inhisarçılığın aradan qaldırılması ilə bağlı mühüm addımlar atılır.

Azərbaycan Respublikasının Prezidenti 26 fevral 2015-ci il tarixində ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabət qabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Mingəçevir Sənaye Parkının yaradılması barədə sərəncam imzalamışdır. 2016-cı ilin sentyabr ayında təməli qoyulmuş Sənaye Parkında bu gün tikinti işlər sürətlə davam etdirilir. 

Məqalə Qiyməti