2017-ci ilin doqquz ayında əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

: 2017-ci ilin doqquz ayında əhaliyə göstərilən pullu xidmətlərin təşkilati strukturu
2017-ci ilin doqquz ayında əhaliyə göstərilən pullu xidmətlərin təşkilati strukturu

2017-ci ilin doqquz ayında şəhər əhalisinə 46154,5 min manatlıq ödənişli xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərdə 6501,3 min manat və ya 16,4 faiz, müqayisəli qiymətlərlə isə 4042,7 min manat və ya 9,6 faiz çoxdur.

2017-ci ilin doqquz ayında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində fiziki şəxslərin xüsusi çəkisi 75,3 faiz, rəsmi qeydiyatdan keçmiş dövlət mülkiyyətli müəssisələrin xüsusi çəkisi 22,9 faiz, rəsmi qeydiyatdan keçmiş qeyri-dövlət mülkiyyəti müəssisələrinin xüsusi çəkisi  isə 1,8 faiz təşkil etmişdir.  

Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində (məişət xidməti daxil olmaqla) qeyri-dövlət mülkiyyətli müəssisələrin (fiziki şəxslərdə daxil olmaqla) həcmi 35587,5 min manat, xüsusi çəkisi isə 77,1 faiz təşkil etmişdir.

Cari ilin doqquz ayında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində (məişət xidməti daxil olmaqla) dövlət mülkiyyətli müəssisələrin payı 10567,0 min manat və ya 22,9 faiz olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən faktiki qiymətlərlə 0,2 faiz və ya 17,6 min manat, müqayisəli qiymətlərlə isə 9,6 faiz  və ya 925,6 min manat çoxdur.

Hüquqi şəxslər tərəfindən 2017-ci ilin doqquz ayında məişət xidməti də daxil olmaqla əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 11379,8 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 0,5 faiz və ya 61,9 min manat, müqayisəli qiymətlərlə isə 9,6 faiz  və ya 996,8 min manat  çox deməkdir.

Əsas fəaliyyət növü ticarət olan müəssisələr tərəfindən əhaliyə 2017-ci ilin doqquz ayında 227,5 min manatlıq ödənişli xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründən faktiki qiymətlərlə 285,7 min manat və ya 55,7 faiz az, müqayisəli qiymətlərlə isə 19,9 min manat və ya 9,6 faiz  çoxdur.

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) müəssisələri tərəfindən hesabat dövründə əhaliyə 11152,3 min manatlıq ödənişli xidmət göstərilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 347,6 min manat və ya 3,2 faiz, müqayisəli qiymətlərlə isə 976,8 min manat və ya 9,6 faiz çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində qeyri ticarət təşkilatlarının xüsusi çəkisi 98,0 faiz təşkil etmişdir.

Fiziki şəxslər tərəfindən hesabat dövründə əhaliyə 34774,7 min manatlıq ödənişli xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 22,7 faiz və ya 6439,4 min manat, müqayisəli qiymətlərlə isə 9,6 faiz  və ya 3046,0 min manat   çox deməkdir.

Cari ilin doqquz ayında şəhər əhalisinə 6764,1 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 810,5 min manat və ya 13,6 faiz, müqayisəli qiymətlərlə isə 471,9 min manat və ya 7,5 faiz çoxdur.

Əhaliyə göstərilən məişət xidmətinin həcmində dövlət mülkiyyətli müəssisələrin payı 3,8 min manat və ya 0,06 faiz olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən faktiki qiymətlərlə 2,3 min manat və ya 37,7 faiz  az, müqayisəli qiymətlərlə isə 0,3 min manat və ya 8,6 faiz çoxdur.

Hesabat dövründə əhaliyə göstərilən məişət xidmətinin həcmində qeyri-dövlət mülkiyyətli müəssisələrin payı 6760,3 min manat, xüsusi çəkisi isə 99,94 faiz olmuşdur.

Hüquqi şəxslər tərəfindən 2017-ci ilin doqquz ayında əhaliyə göstərilən məişət xidmətlərinin həcmi 67,5 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 3,4 min manat və ya 5,3 faiz, müqayisəli qiymətlərlə isə 4,7 min manat və ya 7,5 faiz çoxdur.

Əsas fəaliyyət növü ticarət olan müəssisələr tərəfindən əhaliyə hesabat dövründə 51,2 min manatlıq məişət xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövründən faktiki qiymətlərlə 40,4 min manat və ya 4,7 dəfə, müqayisəli qiymətlərlə isə 3,6 min manat və ya 7,6 faiz çoxdur.

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) müəssisələri tərəfindən əhaliyə 16,3 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 37,0 min manat və ya 69,4 faiz az, müqayisəli qiymətlərlə isə 1,1 min manat və ya 7,2 faiz çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən məişət xidmətlərinin həcmində qeyri ticarət təşkilatlarının xüsusi çəkisi 24,1 faiz təşkil etmişdir.

Fiziki şəxslər tərəfindən hesabat dövründə əhaliyə 6696,6 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 13,7 faiz və ya 807,1 min manat, müqayisəli qiymətlərlə isə 7,5 faiz  və ya 467,2 min manat   çox deməkdir.

Məqalə Qiyməti