Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

: Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
Mingəçevir şəhərinin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Sənaye müəssisələri tərəfindən 2018-ci ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə 139691,4 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz az sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma sektorunda, 2,9 faizi emal sektorunda, 95,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

2018-ci ilin yanvar-iyun ayları ərzində kənd təsərrüfatı heyvandarlıq məhsullarının istehsalı üzrə 27,8 ton ət (diri çəkidə) kəsilmiş, 362,8 ton süd (fiziki çəkidə) sağılmış,        97,0 min ədəd yumurta, 4,7 ton yun istehsal edilmişdir.

Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar-iyun aylarında 389,4 min ton yük və 16420,4 min sərnişin daşınmışdır. 2017-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınması 5,0 faiz, sərnişin daşınması isə 3,2 faiz artmışdır.

İnformasiya və rabitə müəssisələri 2018-ci ilin yanvar-iyun aylarında 595,3 min manatlıq xidmət göstərmişdir ki, onun da 83,4 faizi və ya 495,1 min manatı əhali sektoruna aid olmuşdur. 2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 7,8 faiz və ya 50,4 min manat azalmışdır.

2018-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 173283,5 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 30611,5 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 6,1 faiz, ödənişli xidmətlərin həcmi isə 3,6 faiz artmış, ticarət şəbəkəsindən 85356,0 min manatlıq ərzaq məhsulları, 87927,5 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.

2018-ci ilin may ayı ilə müqayisədə iyun ayında cəmi istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətləri 0,8 faiz azalmışdır. Azalmaya əsas səbəb ərzaq məhsullarının qiymətlərinin 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətlərinin isə 0,4 faiz azalması olmuşdur.

2017-ci ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-iyun aylarında cəmi istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,7 faiz və ödənişli xidmətlərin qiymətləri isə 2,6 faiz artmışdır.

İlin əvvəlindən əhalinin sayı 350 nəfər artaraq 2018-ci ilin iyul ayının 1-i vəziyyətinə 104913 nəfər olmuşdur.

Məqalə Qiyməti