Mingəçevirdəki 10 saylı məktəbdə yazarlarla görüş

: Mingəçevirli yazarlarla məktəbdə görüş zamanı
Mingəçevirli yazarlarla məktəbdə görüş zamanı

Həmin gün Mərkəzi kitabxananın kitab sərgisinə də baxış keçirilib


Fevralın 22-də İsmət Qayıbov adına 10 saylı tam orta məktəbdə AYB Mingəçevir bölməsinin üzvləri ilə görüş Molla Pənah Vaqif adına Mərkəzi kitabxananın təşkil etdiyi kitab sərgisinə baxışla başlayıb. Bundan sonra “Mingəçevir qönçələri” ədəbi birliyinin rəhbəri  Zümrüd Rəhimova, şair Məmməd Mərzili gənclərdə sözə, sənətə marağın artırılmasından danışıblar.  Onlar istedadlı gəncləri  ədəbi birliklə əməkdaşlığa dəvət ediblər. Mingəçevir Təhsil Şöbəsinin  metodistləri Anarə Quliyeva və Tərgül Pənahlı belə tədbirlərin mütamadi olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə məktəbin şagirdələri  tarın sədası altında Məmməd Mərzilinin “Ocaq daşları”, İsmayıl İmanzadənin “Xocalı notları”, Rafayıl Dəmiroğlunun “Qardaşım”, “Ana”, Əhməd Məmmədlinin “Məktəb”, Fəxrəddin Əzizin “Kimsə çağırdı”, Zümrüd Rəhimovanın “Bayatılar” əsərlərini  səsləndiriblər.  Elə  müəlliflər də öz şeirlərini  söyləyiblər. 

Məqalə Qiyməti