Səməd Vurğun Mingəçevirdəki Xalq Yaradıcılıq filialında anılıb

: Kənd klubunda böyük şairin anım tədbiri
Kənd klubunda böyük şairin anım tədbiri

Şairin 110 illiyinə həsr olunmuş gecədə mingəçevirlilər maraqlı xatirələrini bölüşüblər


Mayın 3-də A.Niftəliyev adına Mədəniyyət Mərkəzinin Xalq Yaradıcılığı filialında  (Mingəçevir kənd klubu) Səməd Vurğunun 110 illiyinə həsr olunmuş “Xalqına, vətəninə doğma şair” adlı tədbir keçirilib. Şairin öz səsiylə söylədiyi bahar şeiri səsləndirildikdən sonra filialın rəhbəri Vaqif Hacıyev S.Vurğunun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Xalq artisti Zülfüqar Abbasov, AzTV-nin sabiq əməkdaşı, təqaüdçü  Pənah Qurbanov, şəhərin qurucularından olan əməkdar mühəndis Qəşəm İsmayılov şairlə bağlı xatirələrini bölüşüblər.  Filialın dram dərnəyinin üzvləri Leyla Hüseynova, Nərminə Məmmədova, Gülər Aslanova şairin ”Dağlar”, ”Şair, nə tez qocaldın sən”, “Ala gözlər” şeirlərini söyləyiblər. Musiqiçilərdən Oqtay Vəliyev, Elşad Ehtiram oğlu muğam və təsniflərlə tədbiri şənləndiriblər.

Məqalə Qiyməti