Yazarlar “Uzaqdan gələn səs”ə toplaşdılar

: Təqdimat zamanı
Təqdimat zamanı

38 yazarın şeir və hekayələrindən ibarət  almanaxın təqdimatı keçirilib

 

İyunun 29-da 38 yazarın şeir və hekayələrindən ibarət “Uzaqdan gələn səs” almanaxının təqdimatı keçirilib. AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə şəhərin ədəbi aləminin əhatə dairəsinin genişlənməsindən danışıb. İcra Hakimiyyətinin nümayəndələri Sahib Əliyev və Rizvan Mikayıllı, Mingəçevir Turizm Kollecindən Əyyub Əyyubov və Əşrəf Əsgərov, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, “Ulu Şirvan” qəzetinin baş redaktoru Mətanət Ulu Şirvanlı, şair Elşən Əzim, yazar Zümrüd Rəhimova, Ağdaş Humanitar Kollecinin müəllimi Dilarə Namazova, Mingəçevir Bələdiyyəsinin yerli-sosial məsələləri üzrə daimi komitəsinin sədri Zahid Qasımlı fikirlərini  bölüşüblər. Onların çıxışlarında vurğulanıb ki, belə tədbirlərin keçirlməsi və kitabların nəşri gənclərdə sözə, sənətə marağın aşılanmasına, ədəbiyyata həvəsin artmasına səbəb olur.

Yazar Bəhman Gülövşəli, Eyyub Cabbaroğlu və Namiq Zamanın,  məktəbli Ağakişi və Ayşənin oxuduqları şeirlər maraqla qarşılanıb.Tədbir Duman Qasımov, Hikmət Həsənov və Aşıq Qoşqarın ifalarında saz sədaları altında sona çatıb.

Məqalə Qiyməti