“Bir elin söz pərvanələri”

: “Bir elin söz pərvanələri”
“Bir elin söz pərvanələri”

Yeni almanax gənc və yeniyetmə müəlliflərin çeşidli imzalarında yer alan sətirlərdən ibarətdir

 

Sentyabr ayının sonlarında Bakının “Orxan” nəşriyyatında işıq üzü görən “Bir elin söz pərvanələri” adlı almanax gənc və yeniyetmə müəlliflərin çeşidli imzalarında yer alan sətirlərdən ibarətdir.  Belə ki, Elşən Quliyev, Əli Musa, Əziz Qənbər, Hikmət Həsənov, Samir Şükürov,  Haqverdi Həsənzadə, Asəf Kamalov, Elgün Novruzoğlu, İsmayıl Vahidoğlu, Sübhan Vüqaroğlu və Səadət Qafarlı  maraqlı yazıları ilə oxucularının görüşünə gəlib. Kitabın tərtibatçısı,  həm də “Bənövşə” ədəbi dərgisinin fəal əməkdaşı Ruslan Ələkbərli də yeni şeirlərini oxucuları ilə  bölüşüb. Şair-publisist İsmayıl İmanzadə almanaxın ilk səhifələrində ədəbi aləmin gənc yolçularına xeyir-dua verib. 

Məqalə Qiyməti