Dağlar

: Çoban Abdullayev
Çoban Abdullayev

Qarı düşmən güc eylədi,

Ellər səndən köç eylədi,

Tale mənə öc eylədi,

Düşdüm ağır günə, dağlar.

 

Artdı könlümün qubarı,

Ahım tutdu buludları,

Bir hay verən yoxmu barı,

Bu naləyə, ünə, dağlar.

 

Qurudu çiçəyin, gülün,

Susdu kəkliyin, bülbülün,

Bağlandı irizin, yolun,

Dağıldı çox binə, dağlar.

 

Xançal, dağ da satılarmı,

El-obası atılarmı,

Dərdə dərman tapılarmı,

Dərdim çatıb minə, dağlar.

Məqalə Qiyməti