“Allaha doğru: Şeytanın zəlil olduğu gün”

: Əyyub Əyyubovun  yeni kitabının təqdimatında
Əyyub Əyyubovun yeni kitabının təqdimatında

Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov “Allaha doğru: Şeytanın zəlil olduğu gün” kitabı ilə oxucularının növbəti görüşünə gəlib. Təqdimat mərasimində müəllif  həcc ziyarəti zamanı qarşılaşdığı maraqlı anlar, kitabın tarixçəsi,  rəsmi mənbələri və  yazılma səbəbləri barədə danışıb.

Tədbirə toplaşanlar - AYB Mingəçevir şöbəsinin sədri İsmayıl İmanzadə,  “Azərbaycan işıqları” qəzetinin aparıcı mütəxəssisi və kitabın redaktoru Yusif Ələkbərov, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, kollecin müəllimlərindən İbrahim Əyyubov, Qəhrəman Kərimov, Çinarə Allahverdiyeva, Şahzadə Şükürova, Aynurə Abbasova və  Əşrəf Əsgərov, filologia elmlər namizədi Namaz Manafov, müəllifin ziyarət yoldaşı və dostu Hacı Calal, Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, şəhər veteranları və digər qonaqlar  ən xoş istəklərini paylaşıblar. Onlar Əyyub Əyyubovu səyyah tarixçilərlə müqayisə edərək, bu gün gördüyü işlərin uzun müddət bəşəri dəyərlərə xidmət edəcəyini vurğulayblar. Qeyd olunub ki, “Müqəddəs Məşhəd yollarnda” və”Məşhəddən Kərbəlaya” kitablarnın  davamı olaraq qələmə alnan “Allaha  doğru: Şeytanın zəlil olduğu gün” əsəri  müəllifin yeni yardıcılıq zirvəsi kimi dəyərləndirilə bilər. Çünki kitabda müəllifin müqqəddəs torpaqlara Həcc ziyarəti zamanı aldığı zəngin təəssüratlar, islam hümmətinin dillinin əzbəri olan tarixi simaların şərəfli ömür yolu, ayaq basdığı və uyuduğu nurlu məkanlar, müqəddəslərin ibratəmiz davranışları, Asiya qitəsində yerləşən  Sədui Ərəbistan haqqnda tarixi, coğrafi, statistik məlumatlar   və digər informasiyalar  yer alıb. Bu səbəbdən də nəfis şəkildə işıq üzü görmüş kitab dəyərli elmi mənbə, dərslik və ziyarət turizmi həvəskarları üçün stolüstü  kitab hesab oluna bilər.  

Təqdimat mərasimi kollec tələbə özfəaliyyət qrupunu fəallarının bədii kompozisiyası ilə başa çatıb.

Məqalə Qiyməti