Mingəçevir Bələdiyyəsi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə Mənzil Fondunun idarə edilməsini müzakirə etdi

: Mənzil Fondunun idarə edilməsi ilə bağlı müzakirə zamanı
Mənzil Fondunun idarə edilməsi ilə bağlı müzakirə zamanı

Məsələ ilə bağlı yerli bələdiyyədə Maarifləndirmə Mərkəzi yaradılacaq

 

Mingəçevir Bələdiyyəsində Mənzil Fondunun idarə edilməsi ilə bağlı seminar keçirilib. Maarifləndirmə məqsədi daşıyan tədbiri İqtisadiyyat və Sənaye Nazirliyinin mütəxəssisləri aparıb. Nazirliyin Mənzil Kommmunal Siyasəti şöbəsinin müdir müavini Fərrux Dadaşov, mənzil siyasəti sektorunun baş məsləhətçisi Yusif Sofiyev və “Aran” Regional bölməsinin müdiri Elbrus Hüseynov,  Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev və Yerli sosial məsələləri  daimi komissiyasının sədri Zahid Qasımlı müzakirə olunan məsələ barədə fikirlərini bölüşüblər. Onlar Mənzil Məcəlləsinin mənzil fondunun idarə edilməsinə aid müddəalarından, Nazirlər Kabinetinin müvafiq Qərarından danışıblar. Bildirilib ki, Mingəçevir Bələdiyyəsində «Maarifləndirmə Mərkəzi» yaradılacaq, bütün lazımi sənədlər mərkəz vasitəsi ilə ictimaiyyətə çatdırılacaq.

Məhəllə komitələri fəallarının və kommunal təsərrüfatı idarələri nümayəndələrinin iştirak etdiyi praktik seminar diskussiya şəraitində keçib. Sonda iştirakçılara Mənzil Fondunun idarə edilməsinə dair sənədlər toplusu və maarifləndirici buklet paylanıb.

 

Məqalə Qiyməti