2015-ci ilin yanvar – noyabr ayları üzrə Mingəçevir şəhərinin demoqrafik vəziyyəti

: 2014 və 2015-ci illərin yanvar-noyabr aylarında  gələnlər və gedənlər
2014 və 2015-ci illərin yanvar-noyabr aylarında gələnlər və gedənlər

Mingəçevir şəhər  Statistika İdarəsinin məlumatı

 

2015-ci il dekabr ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi “Əhali və gender statistikası şöbəsi”nin ilkin məlumatlarına əsasən şəhərin daimi əhalisinin sayı (məcburi köçkünlər istisna olmaqla) 102 min 123 nəfər olmuşdur. 2015-ci ilin yanvar-noyabr aylarında əhalinin ümumi artımı 561 nəfər olmuşdur ki, bu da 2014-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 91 nəfər azdır.

2015-ci ilin yanvar-noyabr aylarında şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sayı 20 min 331 nəfər olmuşdur ki, bu da 2014-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə orta hesabla 65 nəfər və ya 0,3 faiz çox deməkdir.

2015-ci ilin yanvar-noyabr aylarında şəhərdə 1137 uşaq diri doğulmuşdur ki, bu da əhalinin hər 1000 nəfərinə düşən ümumi əmsalın 11,1 olması deməkdir. 2015-ci ilin yanvar- noyabr aylarında 523 ölüm halı qeydə alınmışdır ki, bu da əhalinin hər 1000 nəfərinə düşən ümumi əmsalın 5,1 olması deməkdir. 2014-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövründə diri doğulanların sayı 4,2 faiz və ya 50 nəfər, ölənlərin sayı isə 7,3 faiz və ya 41 nəfər azalmışdır.

 

 

2015-ci ilin yanvar-noyabr ayları ərzində

2014-cü ilin yanvar-noyabr ayları ərzində

artma (+), azalma (-)

%-lə

Doğulanlar (ölü doğulanlardan başqa)

1137

1187

-50

95,8

Ölənlər

523

564

-41

92,7

  o cümlədən: 1 yaşa qədər uşaqlar

8

2

6

4,0 dəfə

Əhalinin təbii artımı

614

623

-9

98,6

 

2015-ci ilin yanvar-noyabr aylarında şəhərdə 557 nikah və 170 boşanma halı qeydə alınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayının 22,2 faiz (159 nikah), boşanmaların sayının isə 1,2 faiz (2 boşanma) azalması deməkdir. 2015-ci ilin yanvar-noyabr aylarında əhalinin hər 1000 nəfərinə düşən ümumi əmsal müvafiq olaraq nikah üzrə 5,5 və boşanma üzrə isə 1,7 olmuşdur.

 

 

2015-ci ilin yanvar-noyabr ayları ərzində

2014-cü ilin yanvar-noyabr ayları ərzində

artma (+), azalma (-)

%-lə

Nikahlar

557

716

-146

77,8

Boşanmalar

170

172

-2

98,8

 

2015-ci ilin yanvar-noyabr aylarında şəhərə 212 nəfər gəlmiş, 265 nəfər isə şəhərdən getmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə gələnlərin sayı 99 nəfər, gedənlərin sayı isə 17 nəfər azalmışdır.

Məqalə Qiyməti