Aydın Mirzəzadə Mingəçevirdə YAP üzvü olan gənclərlə görüşüb

: MM üzvünün YAP üzvü olan gənclərlə görüşündən
MM üzvünün YAP üzvü olan gənclərlə görüşündən

O, gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda formalaşması istiqamətində təklif və tapşırıqlarını verib

 

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə 47 saylı Mingəçevir Seçki Dairəsindən Milli Məclisə üzv  seçilən Aydın Mirzəzadə  dekabın 22-də  YAP Mingəçevir şəhər təşkilatının qərargahında YAP üzvü olan gənclərlə görüşüb.  ŞT-nın sədri Cavanşir Yusubov gənclərlə aparılan işlərdən ətraflı bəhs edib,  onların şəhər təşkilatının tədbirləində fəallıqları ilə seçildiyini, təşkilatın gəncləri   önə çəkdiyini vurgulayıb.

       Millət vəkili Aydın Mirzəzadə qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə gəncləri təbrik edib, dəyərli fikirlərini onlarla  bölüşüb. O, gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda formalaşması, Heydər Əliyev siyasi irsini öyrənməsi, mədəni-kütləvi tədbirlərdə birbaşa iştirak etməsi istiqamətində təklif və tapşırıqlarını verib,  bugunki gənclərin xalqımız, dövlətimiz üçün  dəyərli olduğunu bildirib.

YAP Mingəçevir ŞT Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev şəhər gənclərinə  daim diqqət göstərdiyi üçün Aydın Mirzəzadəyə yoldaşları adından minnətdarlığınını çatdırıb. O, MM üzvünü əmin edib ki, YAP gəncləri bundan sonra da Heydər Əliyev ideologiyasına sadiq qalacaq,  verilən tapşırıq və göstərişləri qürurla yerinə yetirəcəklər.

Görüş tərəflərini rəngarəng sual-cavabları ilə davam edib. 

Məqalə Qiyməti