Mingəçevirdə uşaqlar üçün yeni il şənliyi

: İcra Hakimiyyəti başçısı  valideyn himayəsindən məhrum uşaqlara bayram hədiyyəsi təqdim edərkən
İcra Hakimiyyəti başçısı valideyn himayəsindən məhrum uşaqlara bayram hədiyyəsi təqdim edərkən

50 nəfərdən çox məktəbliyə bayram hədiyyəsi təqdim olunub.

 

Mingəçevir Şəhər İcra Hakimiyyəti yerli təhsil şöbəsi ilə birgə sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edib. İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  Yeni İl və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbriklərini çatdırıb. O, deyib ki, azərbaycançılıq ideologiyasının banisi, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan həmrəylik günü bütün dünyada yaşayan soydaşlarımızın milli təssübkeşlik hissini artırır, dövlətçiliyimizə hörmət və məhəbbət ruhu aşılayır.

Başa çatmaqda olan ilin Mingəçevirin təhsil işçiləri üçün uğurlu olduğunu diqqətə çatdıran təhsil şöbəsinin müdiri Sahib Məmmədov məlumat verib ki, məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb: “Bu il ali məktəblərə daxil olan məzunlardan 42 nəfəri 600-dən, 81 nəfəri isə 500-dən yuxarı bal toplayıb. 3 tədris ocağı ilin ən ən yaxşı məktəbi müsabiqəsinin qalibi olub. Hazırda 3 məktəbdə əsaslı təmir işləri aparılır”.

Bayram şənliyində valideyn himayəsindən məhrum olmuş uşaqlara və imkansız ailələrdən olan məktəblilərə göstərilən daimi qayğı yüksək qiymətləndirilib.Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.

Məktəblilərin rəngarəng çıxışları, Şaxta baba və Qar qızın təbrikləri, milli mənəvi dəyərlərimizi tərənnüm edən kompozisiyalar şənliyə xüsusi çalar qatıb. 50 nəfərdən çox məktəbliyə bayram hədiyyəsi təqdim olunub.

Məqalə Qiyməti