Mingəçevir sakinləri yeni il arzularını bölüşdülər

: 2№-li məktəbin biologiya müəllimi  Esmira Qarayeva və şagirdləri 2016-cı il ərəfəsində
2№-li məktəbin biologiya müəllimi Esmira Qarayeva və şagirdləri 2016-cı il ərəfəsində

Köhnə 2015-ci ili yola salmaq üzrəyik. Demək olar ki, bir neçə gündən sonra tariximizə daha yeni bir il qədəm qoyacaq. Bu ərəfədə Mingəçevir sakinləri yeni il arzularını  bizimlə bölüşdülər.


Mingəçevir İcra Hakimiyyəti başçısının 1№-li Sahə-inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rizvan Mikayıllı:

-2015-ci il ölkəmiz üçün xüsusilə əlamətdar bir il olub. Tarixdə ilk dəfə olaraq Avropa oyunları Azərbaycanda,  o cümlədən Mingəçevirdə keçirilib. Bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişik. Iqtisadi sahədə uğurlar, şəhərimizin abadlaşdırılması köhnə ilin ən yadda qalan hadisələrindəndir. Arzu edirəm ki. respublikamız növbəti 2016-cı ildə möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etsin, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirsin.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Mingəçevir şəhər nümayəndəsi Hüseyn Yusibov:

-Başa çatan il bizim üçün çox uğurlu oldu. 2015- ci ildə Dövlət proqramına uyğun olaraq, 594 qaçqın ailəsi mənzillə təmin olundu. Namazımda da etdiyim ən böyük dualar odur ki, 2016- cı ildə düşmən tapdağında olan torpaqlarımız azad olsun, köçkünlərimiz öz doğma el-obalarına qayıtsınlar.

Mingəçevir şəhər Hüquq məsləhətxanasının rəhbəri Müsaqif  Hüseynov:

-2015- ci il yaxşı hadisələrlə yadda qalsa da, ilin sonuna yaxın bəzi vətən övladlarımızıın itirilməsi ilə bağlı problemlərimiz oldu. Ümud edirəm ki, 2016-cı il bizim xalqımız üçün uğurlu olacaq, ictimai sabitlik, xoş həyat tərzi hökm sürəcək, xalqımız bəlalı, itkili, ağrı-acılı günlərdən uzaq olacaq.

İlqar Zeynalov adına 2№-li tam orta məktəbin direktoru Zəhra Zamanova:

-Arzu edirəmki, müsəlman xalqının üzərində  olan bütün qara buludlar yox olsun, xaqımız  gözəl firavan yaşasın. Gənclərimiz nizam-intizamlı olsunlar.

Biologiya, həyat bilgisi və texnologiya müəllimi  Esmira Qarayeva:

-Xoşbəxtliyin açarı sağlamlıq, tərbiyəlilik və savadlılıqdır.  Arzu edirəm ki, gənclərimiz xoşbəxtliyin açarını daimi əllərində saxlasınlar. İnsanlar qəlbindən kini, pisliyi, paxıllığı atsınlar, Allah sevgisi ilə yaşasınlar.Arzulayıram ki, Azərbaycan xalqının ürəyindən allah sevgisi, gözlərindən insanlara olan sevginin parıltısı heç zaman itməsin.

Mingəçevir Qaz İstismar idarəsinin çilingəri Pərviz Vəliyev:

-Arzum budur ki. bu il xallqımız üçün düşərli olsun. Hər zaman xoş günləri, toy-düyünləri qeyd edək. Xalqımıza  firavan həyat arzulayıram.

AzərPoçt MMC-nin Mingəçevir poçt filialının kollektivi:

-2016- cı il xalqımıza,  o cümlədən hər birimizə bolluq, bərəkət, yüksək nailiyyətlər gətirsin. Ilk öncə hər kəsə səbr arzu edirəm. çünki səbrli insanlar  Allahın dostudur deyirlər.

Mingəçevir Dövlət Rəsm Qaleriyasının rəhbəri Böyükkişi Adilbəyli:

-2016- cı ildə Azərbaycan xalqı dünya xalqlarının içərisində öz sözünü deyən, gözəl mədəniyyətini dünyaya tanıdan xalq olsun. Xalqımız bütün sınaqlardan uğurla çıxsın.

Mingəçevir şəhər Mərkəzi Xəstəxananın Tələbə Poliklinikasının həkimi Könül  Əsgərli:

-Öncə xalqıma sağlamlıq arzu edirəm. Sağlam olsunlar ki, hər işin öhdəsindən layiqincə gəlməyi bacarsınlar.

Çörəkbişirən Rafiq İsmayılov:

-Hər kəsə üzümüzə gələn ildə dinclik, bolluq, bərəkət arzu edirəm.

Qəssab Sevindik Hüseynov:

-Arzu edirəm ki, 2016- cı il hər kəs üçün düşərli olsun. Bütün problemləri, qayğıları köhnə ildə qoyub, seviclə yeni ilə qədəm basaq.

“Mingəçevirdə Sahibkarlığın İnkişafına Dəstək “ İctimai birliyinin üzvü  Çingiz Məmmədov:

 “Hər il dekabr ayının 31-də bütün Dünya Azərbaycanlılarının  Həmrəylik günü qeyd edilir. Qarşıdan gələn bu bayram və yeni il münasibətilə bütün həmvətənlilərimi təbrik edirəm. Süfrəniz ruzi, bərəkətlə dolu olsun. 2016- cı il hər birinizin həyatında gözəl xatirələrlə qalsın”.

Məqalə Qiyməti