2016-cı ilin doqquz ayında əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

Mingəçevir şəhər  Statistika İdarəsinin məlumatı

Cari ilin doqquz ayı ərzində şəhər əhalisinə 39650,3 min manatlıq ödənişli xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərdə 2337,1 min manat və ya 6,3 faiz, müqayisəli qiymətlərlə isə 1959,9 min manat və ya 5,2 faiz çoxdur.

2016-cı ilin doqquz ayı ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində fiziki şəxslərin xüsusi çəkisi 71,5 faiz, rəsmi qeydiyatdan keçmiş dövlət mülkiyyəti müəssisələrinin xüsusi çəkisi 26,4 faiz, rəsmi qeydiyatdan keçmiş qeyri-dövlət mülkiyyəti müəssisələrinin xüsusi çəkisi  isə 2,1 faiz təşkil etmişdir.  

Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində (məişət xidməti daxil olmaqla) qeyri-dövlət mülkiyyəti müəssisələrinin (fiziki şəxslərdə daxil olmaqla) həcmi 29176,4 min manat, xüsusi çəkisi isə 73,6 faiz təşkil etmişdir.

Cari ilin doqquz ayında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində (məişət xidməti daxil olmaqla) dövlət mülkiyyəti müəssisələrinin payı 10473,9 min manat və ya 26,4 faiz olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən faktiki qiymətlərlə 8,9 faiz və ya 854,1 min manat, müqayisəli qiymətlərlə isə 5,2 faiz  və ya 517,7 min manat çoxdur.

Hüquqi şəxslər tərəfindən 2016-cı ilin doqquz ayında məişət xidməti də daxil olmaqla əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 11315,0 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 8,8 faiz və ya 911,0 min manat, müqayisəli qiymətlərlə isə 5,2 faiz  və ya 559,3 min manat  çox deməkdir.

Əsas fəaliyyət növü ticarət olan müəssisələr tərəfindən əhaliyə 2016-cı ilin doqquz ayı ərzində 215,7 min manatlıq ödənişli xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründən faktiki qiymətlərlə 24,0 min manat və ya 10,0 faiz az, müqayisəli qiymətlərlə isə 10,6 min manat və ya 5,2 faiz  çoxdur.

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) müəssisələri tərəfindən hesabat dövründə əhaliyə 11099,3 min manatlıq ödənişli xidmət göstərilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 935,0 min manat və ya 9,2 faiz, müqayisəli qiymətlərlə isə 548,6 min manat və ya 5,2 faiz çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində qeyri ticarət təşkilatlarının xüsusi çəkisi 98,1 faiz təşkil etmişdir.

Fiziki şəxslər tərəfindən hesabat dövründə əhaliyə 28335,3 min manatlıq ödənişli xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 5,3 faiz və ya 1426,1 min manat, müqayisəli qiymətlərlə isə 5,2 faiz  və ya 1400,6 min manat   çox deməkdir.

Cari ilin doqquz ayı ərzində şəhər əhalisinə 5953,6 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 214,4 min manat və ya 3,7 faiz, müqayisəli qiymətlərlə isə 190,2 min manat və ya 3,3 faiz çoxdur.

Əhaliyə göstərilən məişət xidmətinin həcmində dövlət mülkiyyəti müəssisələrinin payı 6,1 min manat və ya 0,1 faiz olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən faktiki qiymətlərlə 0,6 min manat və ya 9,0 faiz  az, müqayisəli qiymətlərlə isə 0,2 min manat və ya 3,4 faiz çoxdur.

Hesabat dövründə əhaliyə göstərilən məişət xidmətinin həcmində qeyri-dövlət mülkiyyəti müəssisələrinin payı 5947,5 min manat, xüsusi çəkisi isə 99,9 faiz olmuşdur.

Hüquqi şəxslər tərəfindən 2016-cı ilin doqquz ayı ərzində əhaliyə göstərilən məişət xidmətlərin həcmi 64,1 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 3,8 min manat və ya 5,6 faiz az, müqayisəli qiymətlərlə isə 2,0 min manat və ya 3,2 faiz çoxdur.

Əsas fəaliyyət növü ticarət olan müəssisələr tərəfindən əhaliyə hesabat dövründə 47,2 min manatlıq məişət xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövründən faktiki qiymətlərlə 1,7 min manat və ya 3,5 faiz az, müqayisəli qiymətlərlə isə 1,5 min manat və ya 3,3 faiz çoxdur.

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) müəssisələri tərəfindən əhaliyə 16,9 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 2,1 min manat və ya 11,1 faiz az, müqayisəli qiymətlərlə isə 0,5 min manat və ya 3,0 faiz çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən məişət xidmətlərinin həcmində qeyri ticarət təşkilatlarının xüsusi çəkisi 26,4 faiz təşkil etmişdir.

Fiziki şəxslər tərəfindən hesabat dövründə əhaliyə 5889,5 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 3,8 faiz və ya 218,2 min manat, müqayisəli qiymətlərlə isə 3,3 faiz  və ya 188,2 min manat   çox deməkdir.

Məqalə Qiyməti