2017-ci il ərzində Mingəçevirdə əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

: 2017-ci il ərzində əhaliyə göstərilən pullu xidmətlərin təşkilati strukturu
2017-ci il ərzində əhaliyə göstərilən pullu xidmətlərin təşkilati strukturu

2017-ci il ərzində şəhər əhalisinə 63058,7 min manatlıq ödənişli xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərdə 8578,0 min manat və ya 15,7 faiz, müqayisəli qiymətlərlə isə 5365,5 min manat və ya 9,3 faiz çoxdur.

2017-ci il ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində fiziki şəxslərin xüsusi çəkisi 74,8 faiz, rəsmi qeydiyatdan keçmiş dövlət mülkiyyətli müəssisələrin xüsusi çəkisi 23,4 faiz, rəsmi qeydiyatdan keçmiş qeyri-dövlət mülkiyyəti müəssisələrinin xüsusi çəkisi  isə 1,8 faiz təşkil etmişdir.  

Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində (məişət xidməti daxil olmaqla) qeyri-dövlət mülkiyyətli müəssisələrin (fiziki şəxslərdə daxil olmaqla) həcmi 48278,8 min manat, xüsusi çəkisi isə 76,6 faiz təşkil etmişdir.

Hesabat ili ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində (məişət xidməti daxil olmaqla) dövlət mülkiyyətli müəssisələrin payı 14779,9 min manat və ya 23,4 faiz olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən faktiki qiymətlərlə 0,03 faiz və ya 3,8 min manat, müqayisəli qiymətlərlə isə 9,3 faiz  və ya 1257,6 min manat çoxdur.

Hüquqi şəxslər tərəfindən 2017-ci il ərzində məişət xidməti də daxil olmaqla əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 15895,2 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 0,1 faiz və ya 14,9 min manat az, müqayisəli qiymətlərlə isə 9,3 faiz  və ya 1352,5 min manat  çox deməkdir.

Əsas fəaliyyət növü ticarət olan müəssisələr tərəfindən əhaliyə 2017-ci ildə 304,7 min manatlıq ödənişli xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründən faktiki qiymətlərlə 15,6 min manat və ya 5,4 faiz, müqayisəli qiymətlərlə isə 25,9 min manat və ya 9,3 faiz  çoxdur.

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) müəssisələri tərəfindən hesabat dövründə əhaliyə 15590,5 min manatlıq ödənişli xidmət göstərilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 30,5 min manat və ya 0,2 faiz az, müqayisəli qiymətlərlə isə 1326,5 min manat və ya 9,3 faiz çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində qeyri ticarət təşkilatlarının xüsusi çəkisi 98,1 faiz təşkil etmişdir.

Fiziki şəxslər tərəfindən hesabat dövründə əhaliyə 47163,5 min manatlıq ödənişli xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 22,3 faiz və ya 8592,9 min manat, müqayisəli qiymətlərlə isə 9,3 faiz  və ya 4013,0 min manat   çox deməkdir.

Cari il ərzində şəhər əhalisinə 9994,6 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 1144,1 min manat və ya 12,9 faiz, müqayisəli qiymətlərlə isə 671,3 min manat və ya 7,2 faiz çoxdur.

Əhaliyə göstərilən məişət xidmətinin həcmində dövlət mülkiyyətli müəssisələrin payı 5,6 min manat və ya 0,06 faiz olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən faktiki qiymətlərlə 1,8 min manat və ya 24,3 faiz  az, müqayisəli qiymətlərlə isə 0,4 min manat və ya 7,7 faiz çoxdur.

Hesabat dövründə əhaliyə göstərilən məişət xidmətinin həcmində qeyri-dövlət mülkiyyətli müəssisələrin payı 9989,0 min manat, xüsusi çəkisi isə 99,94 faiz olmuşdur.

Hüquqi şəxslər tərəfindən 2017-ci ildə əhaliyə göstərilən məişət xidmətlərinin həcmi 103,0 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 17,5 min manat və ya 20,5 faiz, müqayisəli qiymətlərlə isə 6,9 min manat və ya 7,2 faiz çoxdur.

Əsas fəaliyyət növü ticarət olan müəssisələr tərəfindən əhaliyə hesabat dövründə 80,6 min manatlıq məişət xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövründən faktiki qiymətlərlə 17,1 min manat və ya 26,9 faiz, müqayisəli qiymətlərlə isə 5,4 min manat və ya 7,2 faiz çoxdur.

Digər sahələrin (sənaye, kənd təsərrüfatı, tikinti, sosial və s.) müəssisələri tərəfindən əhaliyə 22,4 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə eyni, müqayisəli qiymətlərlə isə 1,5 min manat və ya 7,2 faiz çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən məişət xidmətlərinin həcmində qeyri ticarət təşkilatlarının xüsusi çəkisi 21,7 faiz təşkil etmişdir.

Fiziki şəxslər tərəfindən hesabat dövründə əhaliyə 9891,6 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 12,9 faiz və ya 1126,6 min manat, müqayisəli qiymətlərlə isə 7,2 faiz  və ya 664,4 min manat   çox deməkdir.

Məqalə Qiyməti