Aprelin 16-da Mingəçevirdə tələbələr arasında vergi olimpiadası keçirilib

: İmtahan zamanı
İmtahan zamanı

Vergilər Nazirliyi təşəbbüsü ilə təşkil olunan tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilir


Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyinin təşəbbüsü ilə  hər il respublikanın ali məktəblərinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələr arasında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş vergi olimpiadası təşkil olunur. Bu il  də olimpiadanın iki mərhələdə (seçmə və yekun) aparılması nəzərdə  tutulub.

Seçmə mərhələni  Vergilər Nazirliyinin Tədris Mərkəzinin təqdim etdiyi suallar və metodiki köməkliyi əsasında ali təhsil müəssisələri icra edəcəklər. Bu mərhələ  respublikanın bir çox ali təhsil müəssisələrində,  o cümlədən  11 saylı Ərazi  Vergilər Departamentinin əhatə dairəsinə aid olan və Mingəçevir şəhərində yerləşən Mingəçevir Dövlət Universitetində baş tutub. 16 aprel 2017-ci ildə MDU-da gerçəkləşən olimpiadada  iştirak hüququ imtahanlarda ən yaxşı nəticə göstərmiş  tələbələrə verilib.   İmtahan keçirilən  məkana Vergilər Nazirliyindən gətirilmiş test kitabçaları möhürlənmiş qaydada və imtahan iştirakçılarının önündə açılıb,  suallar iştirakçılara paylanıb. Saat 10-da başlayan olimpiada  90 dəqiqə davam edib və  11.30-da yekunlaşıb.  İmtahanın gedişinə  ciddi nəzarət olunub. Sonda  test kitabçaları imtahanın  keçirilməsi ilə bağlı aktla birgə konvertə qoyularaq  Vergilər Nazirliyiunə göndərilib.

Olimpiadanın I  turunda ən yaxşı nəticə göstərmiş  tələbələr növbəti mərhələdə iştirak hüququ qazanacaqlar. Olimpiadanın yekun mərhələsi isə Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində aparılacaq.

Məqalə Qiyməti