Məsuliyyətsiz sürücülərə qarşı mübarizə tədbirləri gücləndirilir

: Mingəçevirdə  sərnişin daşıma sahəsində təhlükəsizliyi təmin etmək məqsədilə reyd
Mingəçevirdə sərnişin daşıma sahəsində təhlükəsizliyi təmin etmək məqsədilə reyd

Mayın 8-də  Mingəçevirdə  sərnişin daşıma sahəsində təhlükəsizliyi təmin etmək məqsədilə reyd keçirilib.  Reyd 1 saata yaxın davam edib. Mingəçevir şəhər DYP bölməsinin rəisi,  polis polkovnik-leytenantı  Bəlyar Bəşirli müxbirimizə bildirib ki, reyd ərzində nasaz vəziyyətdə 8 saylı marşurut  avtobusunu  idarə etdiyinə görə  2 nəfər, müvafiq sürücülük kateqoriyası olmadığına görə  1 nəfər, təhlükəsiz kəmərindən istifadə etmədiyinə görə 10 nəfər saxlanılıb:  “Onların barəsində inzibati protokollar tərtib edilib. Yeri gəlmişkən, ötən gün bu cür məsuliyyətsiz sürücülərin ucbatından 4 nəfər sərnişinin xəsarət alıb. Bu gün də şəhərdə belə sürücülər var.  Məqsədimiz onları üzə çıxarıb, məsuliyyətə cəlb etməkdir”.

Bölmə rəisinin ciddi xəbərdarlığından sonra sərnişindaşımada yarassız hesab edilən avtobuslar xəttdən kənarlaşdırılıb.

Məqalə Qiyməti