70 yaşlı mingəçevirli tut ağacından yıxılaraq ciddi bədən xəsarətləri alıb

1948-ci il təvəllüdlü Mingəçevir şəhər sakini bağ sahəsində  hündür tut ağacından yıxılaraq çoxsaylı bədən xəsarətıəri alıb.Belə ki, Dilarə Əliyeva küçəsi  14 , mənzil 17-də yaşayan 70 yaşlı Atəş Zahid oğlu Atakişiyev bağında gənclik həvəsi ilə hündür ağaca dırmaşıb. Amma yaş öz sözünü deyib. Müvazinətini itirən ağsaqqal üzü ağaşı yerə çırpılıb.Atəş Atakişiyev   şəhər  Mərkəzi Xəstəxanasina çatdırılıb.Döş qəfəsi, soL qabırğa   barmaq sınıqları diaqnozu ilə  xəsarət alan  şəxsə tibbi yardım göstərilib. Hazırda müayinə və müalicəsi davam edir.

Məqalə Qiyməti