Azercell-dən SimSim abunəçilərinə bayram hədiyyəsi

: Azercell-dən Ramazan hədiyyəsi
Azercell-dən Ramazan hədiyyəsi

Azercell Telelom MMC müqəddəs  Ramazan bayramı münasibətilə abunəçilərinə yeni kampaniyanı təqdim edir. Belə ki, 26-27 İyun 2017-ci il tarixlərində Azercell  SimSim abunəçiləri şirkətin  Ramazan Hədiyyəsi kampaniyasından yararlana biləcəklər.  Kampaniya çərçivəsində abunəçilər şəbəkədaxili istifadə üçün 10 dəqiqə və 100 SMS HƏDİYYƏ qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün, BAYRAM sözünü 5757-ə SMS vasitəsilə göndərmək lazımdır (SMS pulsuzdur).

Qeyd edək ki, hədiyyə olunan şəbəkədaxili dəqiqə və SMS-lər kampaniya ərzində yalnız bir dəfə aktiv edilə və 27.06.2017 23:59-dək istifadə oluna bilər.

Azercell Azərbaycan xalqını  Ramazan bayramı münasibətilə təbrik edir və hər kəsə xoş bayram əhval-ruhiyyəsi arzulayır. Bu bayram sevincini Azercell-lə birgə yaşayın!

Məqalə Qiyməti