Mingəçevirdə 700 idarədən 17-si Dezinfeksiya İdarəsi ilə müqavilə bağlayıb

: Dezinfeksiya İdarəsinin şöbə müdiri Zahid Məmmədov
Dezinfeksiya İdarəsinin şöbə müdiri Zahid Məmmədov

“Mingəçevirdə ağcaqanadlara, gəmiricilərə və digər ziyanverici həşaratlara qarşı dezinfeksiya işləri aparılır. Məqsəd ərazidə xəstəliklərin yayılmasının qarşısını almaqdır. Lakin şəhərdə fəaliyyət göstərən  irili-xırdalı 700 idarədən cəmisi 17-si Dezinfeksiya İdarəsi ilə müqavilə bağlayıb”.

İdarənin şöbə müdiri Zahid Məmmədov  belə deyir. Onun fikrincə, dərmanlama işləri kütləvi aparılmalıdır: “Biz şəhərin bir hissəsini dərmanlayırıq, ziyanvericilər, həşaratlar, gəmiricilər həmin ərazilərdən qaçaraq digər tərəflərə üz tuturlar. Ona görə də hər bir idarə və müəssisənin dərmanlama işləri üçün  bizimlə müqaviləsi olmalıdır”.

Qeyd edək ki, şəhərdə hələki 21 binada ziyanvericilərə qarşı dərmanlama işləri aparılıb. 

Məqalə Qiyməti