8 sürücüyə qarşı protokol tərtib olundu

: DYP əməkdaşları reyddə
DYP əməkdaşları reyddə

Mingəçevirdə şəhər Polis şöbəsinin Dövlət Yol Polisi bölməsi nəqliyyat vasitələrində əlavə avadanlıqların quraşdırılması və qanuna uyğun olmayan vasitələrdən, görnüşü məhdudlaşdıran, şəffaflığı korlayan plyonka və pərdələrdən istifadə edilməsi vəziyyətini yoxlayıb. 3 saat ərzində  şəhərin müxtəlif ərazilərində aparılan reyd zamanı sürücülük hüququ olmayan, avtomobillərə əlavə qurğular quraşdıran və  cərmələr ödəməyən, eyni zamanda  polisə tabe olmayan sürücülər müəyyənləşib. Hətta bəziləri polisə müqavimət göstərərək özünün haqlı olduğunu bildirib. Mingəçevir Polis şöbəsi Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədovun dediyinə görə,  8 sürücüyə qarşı protokol tərtib olunub, bir neçə maşın cərimə meydançasına aparılıb. 

Məqalə Qiyməti